Yuxarı

Qarabağ münaqişəsinin həlli niyə gecikir? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin münaqişələrin həllinə təsir imkanları çox genişdir. O öz imkanlarını daha ciddi şəkildə səfərbər etməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov BMT-nin dünyada mövcud münaqişə ocaqlarının həllinə təsir imkanları ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, BMT tərəfindən münaqişələri həll etmək üçün pilləli bir sistem qurulub:

“BMT-ni son vaxtlar çox ciddi tənqid edirlər. Həqiqətən də aparılan son müşahidələr göstərir ki, onun münaqişələrin həllinə təsir mexanizmləri çox zəifdir. Ancaq məsələlərin detallar səviyyəsində təhlilinə gəldikdə biz görürük ki, bəzi hallarda BMT-nin mandatından istifadə edən təsisatlar, diplomatik dairələr fəaliyyətində sui-istifadələrə, səhlənkarlıqlara yol verir. Elə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin timsalında biz bu halları sezirik”.

Politoloq bildirib ki, təkcə Yaxın Şərq məsələsinə diqqət yetirsək, 70 ildir bu məsələnin öz həllini tapmadığını görmək olar:

“Bu məsələdə də BMT-nin xüsusi rolu var. Çünki Yaxın Şərq üzrə 4 tərəfin iştirakı var: ABŞ, Rusiya, Avropa İttifaqı və BMT. BMT özü də münaqişə çərçivəsində vasitəçilərdən biridir. Məsələlərin asılı vəziyyətdə qalması, münaqişələrin həllinin uzadılması heç bir tərəfə, eyni zamanda BMT-yə də baş ucalığı gətirmir. BMT-nin 2018-ci ildə formalaşdırdığı gündəlikdə bu məsələlərin önə çəkilməsi burada tələbkarlığın daha yüksək səviyyədə olacağını göstərir”.

Politoloq Dağlıq Qarabağ məsələsinin həllinin uzanmasına da münasibət bildirib:

“Görünür, bu məsələdə də vasitəçi tərəflərin təsir imkanları ya çox zəifdir, ya da onlar bütün imkanlarından istifadə etmirlər. Əlbəttə, ilk növbədə münaqişələrin həlli üçün məsələlərə ciddi yanaşma olmalıdır. Bir halda ki, Ermənistan tərəfi Azərbaycana qarşı işğalçılıq, vəhşilik siyasətindən əl çəkmir, ona qarşı münasib tədbirlər görülməlidir. Nə vaxta kimi bu tədbirlər vasitəçilər tərəfindən həyata keçirilməyəcəksə, Ermənistan da məsələdən sui-istifadə etməyə davam edəcək. Ona görə bu məsələni də gərək BMT öz diqqət mərkəzində saxlasın və tələbkarlıq məsələlərini ön plana çəksin”.

Tarix
2018.01.19 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla