Yuxarı

Prezident daha bir dövlət proqramını təsdiqlədi - Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, 2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edilib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 14-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bundan başqa, Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin edəcək.

Dövlət Proqramına ümumilikdə 59, o cümlədən sosial, iqtisadi və çoxsahəli statistika sahəsində müşahidələrin təşkili və onlara dair metodologiyaların hazırlanması üzrə 29, metaməlumatlar və təsnifatlar üzrə 6, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı üzrə 7, istifadəçi məmnunluğunun artırılması üzrə 3, beynəlxalq əməkdaşlıq üzrə 7, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi üzrə 7 tədbir daxil olunub.

Tarix
2018.02.14 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla