Yuxarı

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, iclası açan Ali Məclisin sədri Vaqif Abışov gündəlikdə duran məsələlərlə bağlı məlumat verdikdən sonra Azərbaycanda keçiriləcək prezident seçkisində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı 12 fevral 2018-ci ildə BAXCP İdarə Heyətinin qərarı təsdiq edilib.

Daha sonra 11 aprel 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisi və partiyanın qarşısında duran vəzifələr haqqında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. Qüdrət Həsənquliyev siyasi partiya hər zaman ölkədə baş verən və verəcək hadisələrə, o cümlədən seçkilərə hazır olmalıdır:

“Ona görə də biz İdarə Heyətinin iclasında prezident seçkilərində iştirakımızla bağlı qərar qəbul etdik. Bəzi müxalifət partiyaları bəyan ediblər ki, seçkiyə altı ay qalmış ölkədə Secki Məcəlləsinin dəyişdirilməsiylə bağlı böyük kampaniya aparacaqlar və oktyabrda seçkilərə yeni Seçki Məcəlləsi ilə gedəcəklər. Milli Şuranın payızda keçirdiyi mitinqində hər şeydən danışıldı, Seçki Məcəlləsinə əlavə və dəyişikliyin edilməsindən başqa. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi təklifini etmək istəyən qüvvə bunu 2013-cü ildə keçirilən seçki bitəndən sonra dərhal gündəmə gətirərdi. 4 il 6 ay bu məsələyə toxunmayan radikal müxalifət hansı məntiqə əsaslanıb deyə bilər ki, seçkiyə altı ay qalmış Seçki Məcəlləsinə əlavə və dəyişiklikliyə nail olduqdan sonra prosesə qatılacaqdım. Bəlkə də prezident seçkilərinin növbədənkənar kecirilməsinə ən çox sevinənlərdən biri elə Əli Kərimlidir. Çünki, bu vaxta kimi prezident seçkilərində kiminsə yanında görünən, kimisə dəstəkləyən, seçkini boykot edən Əli Kərimli oktyabrda prezident seçkiləri keçirilsəydi, prosesə qatılmaq məcburiyyətində qalacaqdı. Bu seçkidə isə biabırçı məğlubiyyət onun siyasətdən çəkilməsiylə nəticələnəcəkdi. Hesab edirəm ki, Əli Kərimli indiki statusu, özünü radikal düşərgənin lideri kimi qoruyub saxlaması, qohum-əqrəbasının, ailəsinin yüksək səviyyəli həyatını təmin etməsi onu tam qane edir. Seçkinin vaxtı elan olunandan sonra müsahəbələrimdə vurğulamışdım ki, o, seçkilərə qatılmayacaq. Amma biz heç vaxt bu kimi məsələlərə partiya və şəxsi maraqlardan yanaşmamışıq”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, indiki şərtlər altında partiyanın seçkilərdə qalib gəlmək şansı real deyil: “Amma bu bizi ruhdan salmamalıdır, bu seçkilərdə hamımız mübarizə aparmalıyıq. Xalqa alternativ ideyalarımızı, fikirlərimizi çatdırmalı, ictimaiyyəti öz ideyalarımızla xalqımızın gələcəyi, dövlətimizin idarə olunmasıyla bağlı düşünməyə vadar etməliyik. Dövlət strukturlarının formalaşdırılması, hakimiyyət bölgüsü və sair məsələlərlə bağlı fərqli fikir və ideyalarımızı xalqa çatdırmalıyıq. Əlbəttə, həmin düşərgənin seçkiyə qatılmaması imkan verəcək ki, əleyhimizə xarici qüvvələrin apardığı kampaniya genişlənsin. Amma düşünürəm ki, seçki kampaniyası şərçivəsində seçki debatları qarşıdurmasız, maneəsiz keçəcək. Hesab edirəm ki, biz o debatları əsasən seçki platformalarına yönəltməliyik. Namizədlər mövcud problemlərin yaranma səbəblərindən daha çox, onun həlli yollarını göstərməlidir”.

Qüdrət Həsənquliyev onu da vurğulayıb ki, seçkilərə qatılmaqda əsas məqsədlərdən biri də partiyanın siyasi həyatda, siyasi proseslərin mərkəzində yerini qoruyub saxlamaqdır.

Millət vəkili seçkidə müxalifətin vahid namizədlə iştirak edə biləcəyi ehtimalına da toxunub. Bildirib ki, onun tərəfindən belə bir təşəbbüs irəli sürülüb:

“Hər halda, əgər seçkilərə vahid namizədlə qatılmaqla bağlı ümumi razılıq əldə etsək, bunu partiya rəhbərliyində müzakirə edib, qərar qəbul edəcəyik. Yox, danışıqlarımız bir nəticə verməzsə, o zaman proses indiki qaydada davam edəcək”.

BAXCP sədri sonda toplantı iştirakçılarına prezident seçkisi prosesində iştirakla bağlı bir sıra tövsiyyələrini verib.

Qeyd edək ki, fevralın 18-dən etibarən BAXCP-nin rayon və şəhər təşkilatlarında partiya sədrinin prezidentliyə namizədliyinin dəstəklənməsi üçün imzatoplama kampaniyasına başlanılıb.

Tarix
2018.02.20 / 00:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla