Yuxarı

Poroşenkonun hücum əmri: Rusiya ilə savaş başlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hakimiyyəti Donbasda riskə getməyəcək.

Bu sözləri Axar.az-a Ukrayna Prezidenti Poroşenkonun açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, artıq Donbasda böyük hərbi əməliyyatlar həyata keçirmək çox çətindir:

“Bir neçə il öncə belə hərbi əməliyyatlar var idi və Ukrayna hakimiyyəti ərazilərini güc yolu ilə geri qaytara biləcəyinə inanırdı. Ancaq indi vəziyyət xeyli qəlizləşib. Donbasdakı separatçılar çox peşakarlaşıblar, digər tərəfdən isə ruslardan ciddi dəstək alır və Rusiya ilə sərhədə nəzarət edirlər. Belə olan halda Rusiya separatçıların məğlub duruma düşməsinə imkan verməyəcək. Bəli, bizdə olduğu kimi, atəşkəs pozulacaq, bölgədə gərginlik artacaq. Ancaq hər iki tərəf böyükmiqyaslı hücumlara başlamaqdan çəkinəcək. Özəlliklə də Ukrayna hakmiyyəti riskə getməyəcək. Çünki Ukrayna hakimiyyəti hücum əmri versə, müəyyən itkilərlə üzləşəcək. Bu isə daxili siyasi, iqtisadi və sosial problemləri daha da gərginləşdirə bilər. Onsuz da Poroşenkonun ölkə daxilində böyük reytinqi yoxdur. Hücum nəticəsində müəyyən məntəqələrdə itkilərin sayının çoxalması isə Poroşenkonun reytinqinə mənfi təsir edə bilər. Ona görə də düşünmürəm ki, o bu cür yerdəyişmələrlə separatçı bölgənin geri qaytarılması üçün böyükmiqyaslı hərbi əməliyyatlara yaşıl işıq yandırsın”.

Politoloq Ukraynanın ABŞ və Almaniyaya müraciətinə də münasibət bildirib:

“Kiyev bu məsələni təkbaşına həll edə bilməyəcəyini anlayır. ABŞ onsuz da Ukraynaya müəyyən silahlar göndərir. Vaşinqtonun bundan artıq dəstək verəcəyini düşünmürəm. Ona görə də Ukrayna təkbaşına nəsə etməyə çalışır, sadəcə, buna gücü çatmır. Çünki Ukraynada hakimiyyət dəyişikliyi nəticəsində faktiki ölkədə ordu dağılmışdı. Ordunun sıfırdan qurulması o demək deyil ki, ordu hazırda Donbası separatçılardan tamamilə azad etmək gücündədir. Donbasın azad edilməsi zamanı mülki əhali də itki verə bilər. Üstəlik, Rusiya da burada müəyyən problemlər yaradar. Çünki keçmiş döyüşlərdə Rusiyanın separatçılara dəstəyini artırdığını görmüşük. Ona görə də Ukrayna ordusu gah irəli, gah da geri gedir, bir neçə şəhəri ələ keçirməyə çalışsa da, çoxlu itkilərlə üzləşirdi. Bütün bu təcrübədən çıxış etsək, Ukrayna prezidentinin təkbaşına müharibə qərarı verəcəyini düşünmürəm. Ukrayna Qərbdən ciddi və real dəstək alarsa, o zaman müharibəni düşünə bilər. Ancaq Avropa və Amerikanın Ukraynaya hələ ki, ciddi dəstəyini görmürük”.

Qeyd edək ki, Ukrayna Prezidenti Poroşenko Donbasda antiterror əməliyyatlarının başa çatdığını, ikinci mərhələnin - Birləşmiş Qüvvələr əməliyyatının başladığını elan edib.

Əməliyyatlara rəhbərliyin Ukrayna Silahlı Qüvvələrinə keçdiyini bildirən Poroşenko komandanlıq qarşısında təkcə müdafiə deyil, həm də Kiyevin nəzarətindən çıxan əraziləri geri qaytarmaq tapşırığı qoyduğunu açıqlayıb.

Tarix
2018.03.18 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla