Yuxarı

Azərbaycanla birlikdə bunun bəhrəsini gördük - Ərdoğan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “101 rayona təbii qaz çatdırılması” mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Energetika və Təbii Sərvətlər naziri Barat Albayraq çıxış ediblər.

Çıxışlarda son illər Türkiyənin enerji sahəsində əldə etdiyi layihələrin əhəmiyyəti və perspektivdə olan işlərdən danışılıb.

Hazırda fəaliyyət göstərən Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum enerji xətləri və perspektivdə olan TANAP və TAP xətlərinin həyata keçirilməsində Azərbaycanın karbohidrogen ehtiyatlarının rolu yüksək qiymətləndirilib.

Qarşılıqlı faydalı əməkdaşlığı bütün tərəflər üçün səmərəli olduğunu diqqətə çatdıran Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ortaq layihələrinin faydasından danışaraq deyib: “Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də bəhrəsini görürük...”

Türkiyə ərazisinin sürətlə qazlaşdırıldığını diqqətə çatdıran Baş nazir Binəli Yıldırım məlumat verib ki, 2002-ci ildə Türkiyənin cəmi 6 vilayəti qazlaşdırılmışdı. Hazırda isə ölkənin 78 vilayəti, o cümlədən əhalinin 77 faizi təbii qazla təmin olunub.

Energetika və Təbii Sərvətlər naziri Barat Albayraq Türkiyənin enerji siyasətinin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Tarix
2018.03.20 / 19:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla