Yuxarı

Astan Şahverdiyevi deputat həmkarı öldürüb? - Fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev mətbuata açıqlamasında deputat həmkarı Astan Şahverdiyevin ölümündə jurnalistləri günahlandırıb.

Axar.az xəbər verir ki, A.Abıyevin bu açıqlamasından sonra onun vaxtilə A.Şahverdiyevlə bağlı dediyi sərt sözlər gündəmə gəlib.

Abıyev hələ ötən il A.Şahverdiyevin Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin qəza törətməsi haqqında yayılan məlumatları “cəfəngiyyat” adlandırmasından sonra onun ünvanına bu sözləri demişdi:

“Adama deyərlər, sən öz işindən danış da! Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?!”

O, başqa bir açıqlamasında Şahverdiyevi deputat mandatının əlindən alınacağı ilə hədələmişdi.

Abıyev növbəti açıqlamasında Milli Məclisin İntizam Komissiyasının rəhbərliyindən getməsinin Astan Şahverdiyevlə bağlı olub-olmamasını soruşan jurnalistə də “Astan kimdir ki, ona görə məni komissiyadan uzaqlaşdırsınlar?” demişdi.

Xatırladaq ki, A.Şahverdiyevin ölümündən sonra başsalığı verən Ağacan Abıyev mərhum deputatı "yaxın dostu" adlandıraraq, bu sözlərlə jurnalistləri ittiham edib:

“Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyildi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər ona hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı”.

A.Əbiyevin bu sözlərindən belə çıxır ki, əslində, onun ölümündə günahkar olanların başında Ağacan Abıyevin özü gəlir. Çünki bu gün "yaxın dost" dediyi adamı heç də jurnalistlərdən daha yumşaq tənqid etməyib.

Tarix
2018.04.17 / 09:13
Müəllif
Nərmin, Nigar
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla