Yuxarı

Baş nazir təyini və struktur islahatı ilə bağlı – Mühüm şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Orucun Axar.az-a müsahibəsini təqdim edirik:

- Azərbaycanın yeni baş naziri Novruz Məmmədov oldu. Millət vəkili olaraq gözləntiləriniz maraqlı olardı.

- Yeni baş nazir bu gün prezidentin təqdimatı ilə Milli Məclisin təsdiqindən keçdi. Bu sima cəmiyyətdə, o cümlədən siyasi elitada yetərincə yaxşı tanınan bir insandır. Əvvəlcə, ona görə ki, Novruz Məmmədov sadə, zəhməti ilə öz karyerasını formalaşdıran bir adamdır. Bu, o deməkdir ki, Novruz müəllim xalqın içərisində əlinin qabarı ilə yaşayan adamları tanıyır və onların yaşantılarından məlumatlıdır.

İkincisi, Novruz Məmmədov Heydər Əliyev məktəbini keçməklə ağır dövlətçilik imtahanlarından üzü ağ çıxıb. Bu çox vacib bir məsələdir. Çünki peşəkarlıq öz-özünə formalaşmır. Sən beynəlxalq məkanda tanınmış universitetlərin yetirməsi ola bilərsən. Ancaq ilk növbədə nəzərə amalısan ki, bu bölgə çox narahat coğrafiyada yerləşir və bu dövləti qurmağın çətinliyi İsveç, Norveç və digər Avropa ölkələri ilə müqayisə olunmayacaq dərəcədədir. Belə olan təqdirdə istənilən böhran şəraitində sabit mövqe göstərməyi bacarmalısan, sədaqətli olmalısan, prinsipial qərarların icrasında iştirak etməlisən. Hesab edirəm ki, Novruz Məmmədov bu keyfiyyətlərə qadir bir simadır.

Üçüncüsü, reputasiyasının təmizliyi ən önəmli keyfiyyətlərdən biridir.

Dördüncüsü, hakimiyyət müxtəlif insanlardan ibarətdir və orada fərqli maraqlar, mövqelər olur. Xatırlayırsınızsa, bir müddət öncə Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyev çox mühüm bir məqalə ilə çıxış etmişdi və ölkə başçısının gələcək dövrdə həyata keçirdiyi siyasətin əsas konturları üzərində dayanmışdı. Orada vurğulanırdı ki, komandalılıq prinsipi, mənsub olduğun siyasətin təsdiqini hər yerdə daşımaq, intiriqalara yol verməmək, peşakarlıq səviyyələri, təşəbbüskarlığa meydan verilməsi, komanda da işləmək bacarığı çox vacib göstəricilərdir. Hesab edirəm ki, bütün bunların hamısı Novruz Məmmədovun timsalında yerindədir.

- Bu arada, Prezident İlham Əliyev ötən gün Mədəniyyət və Turizm Nazirliyi, həmçinin İstehlak Bazarına Nəzarət, Standartlaşdırma-Metrologiya Komitəsi ilə bağlı mühüm sərəncamlar imzalayıb. Ləğv edilən və yeni yaradılan qurumlar hansı perspektivləri vəd edir?

- İlk növbədə onu qeyd etmək istəyirəm ki, dövlət başçısı 7 illik bir dövr üçün prezidentliyinin ilk addımlarını millətin ən yüksək gözləntilərinə uyğun şəkildə atmaqdadır. Təkcə bunu vurğulamaq kifayətdir ki, Azərbaycan dövlətinin məhz şəhidlərin üzərində qurulduğunu ifadə edən, öz imzası ilə buna münasibətini göstərən bu millətin lideri oldu. Həqiqətən də torpaqlar uğrunda vuruşan insanlar olmadan bir millətin varlığından, təhlükəsizliyindən danışmaq qeyri-mümkündür. Seçki dönəmində də ən çox vurğulanan məqamlardan biri 2015-ci ildə hökumətdə baş verən kadr dəyişikliklərinin və daha vacib olan funksional sistem islahatlarının davam etdirilməsi idi. Hansı ki, bunlar mahiyyət etibarilə: birincisi, iqtisadiyyatda devalvasiyadan dolayı yaranmış problemləri ortadan götürməyə imkan verəcək, ikincisi, sahibkarlıq sinfinin daha da güclənməsinə və mahiyyətdə onların dövlətin müttəfiqinə çevrilərək Azərbaycanda maddi nemətlər bolluğu yaradacaq. O üzdən, gördüyünüz kimi, ölkə başçısı struktur islahatları ilə bağlı verdiyi qərarı bir tərəfdən səlahiyyətləri yaxın olan qurumları birləşdirmək vasitəsilə həyata keçirir və orada da Mədəniyyət Nazirliyi ilə turizm sektorunu ölkənin ayrıca bir strateji sahəsinə çevirir. Hansı ki, o sahələrdən yüz milyonlarla, bəlkə də milyardlarla dollar vəsait əldə oluna bilər. Digər tərəfdən, burada çeviklik, operativlik, regional və beynəlxalq sistemlərin düzgün dərk olunması və ölkəmizdə bərqərar edilməsi vacibdir. Məsələnin başqa bir önəmli tərəfi isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Komitənin əqli mülkiyyət üzrə quruma birləşdirilməsidir. Burada yenə də sahibkarların maraq və mənafeləri öndə tutulur. Şübhəsiz ki, nə qədər siyasi vəzifələri yerinə yetirsə də, hökumət məhz iqtisadi bir qurumdur, onun başlıca missiyası bölgələrdən Azərbaycanın bütün coğrafiyası üzrə potensialını hərəkətə gətirmək, dövlətin birinci şəxsi tərəfindən müəyyənləşmiş proqramları ünvanlı olaraq insanlara çatdırmaq, əsas hazırkı dövrün xarakterində bank, maliyyə sektorundakı problemlərdən tutmuş insanların inam və etibarını qazanmağa qədər bütün problemlərin həllində müəyyənləşmiş siyasəti həyata keçirməkdir. Ara həlqələrdə ayrı-ayrı məsələlər bir də görürsünüz ki, əngəllənir. Halbuki bu yöndə dövlətin rəhbəri mühüm qərarlar verir. Yol təsərrüfatının qurulmasından tutmuş, səhiyyə və s. sferalarda həyata keçirilən tədbirlərin hamısı hökumətin çiynində daşınmalıdır ki, ölkənin birinci şəxsi qlobal siyasi missiyasını həyata keçirə bilsin. Ona görə də hökumətdəki yeniləşmə təkcə bundan öncə baş nazir olmuş Artur Rasizadənin elitarlığına, onun sədaqətinə, alicənablığına ən yüksək dəyər verməklə yanaşı, hər kəsin idarəçilikdə fəaliyyətinin müəyyən bir zamana bağlı olduğunu göstərir. Digər tərəfdən, prezident hansı dövrdə kimin baş nazir olacağını öz meyarları ilə müəyyənləşdirir.

- Zahid bəy, yeni baş nazirin müavinləri kimlər olacaq və bu yöndə dəyişikliklər gözlənilirmi?

- Hesab edirəm ki, ölkə rəhbəri bundan sonrakı dönəmdə də vacib qərarlarını almaqda davam edəcək. Bu, cəmiyyətdə uğurları qoruyub saxlamaq, nailiyyətlərimizin hər birini əldə möhkəmləndirməklə yanaşı, yeni hədəflərə çatmağa xidmət edir. Bu yöndə şübhəsiz, istər baş nazirin müavinləri ilə bağlı, istərsə də nazirlərlə əlaqədar qərar verəcək şəxs Konstitusiya üzrə Prezident İlham Əliyevdir. Parlament üzvlərinin bu yerdə mülahizəsini söyləməsi bir qədər yanlış olardı. Lakin düşünürəm ki, istənilən şəxsin fəaliyyəti, onun bütün parametləri, qiyməti, şəraiti və şərtləri raportlar üzrə prezident masasına qoyulur. Yalnız cənab İlham Əliyev çox yaxşı bilir ki, kimlər nəyə qadirdir və bu dövr ərzində işlərini yaxşı yerinə yetirməklə bərabər, gələcəkdə bu çağırışlara cavab verə bilər.

Tarix
2018.04.21 / 16:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla