Yuxarı

“Qarabağ klanı”nın getməsi Bakıya ciddi şans verir - Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir.

Bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanın baş naziri Serj Sərkisyanın istefasını şərh edərkən deyib.

S.Markovun sözlərinə görə, Serj Sərkisyanın və “Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil:

“Məsələ ondadır ki, bu təkcə S.Sərkisyanın uzaqlaşdırılması deyil: bu amerikayönümlü, erməni “maydan”ının qələbəsidir. Nikol Paşinyan erməni dilində mənası “Çıxış” demək olan “Yelk”in rəhbəridir. O dəfələrlə deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Yəqin ki, bununla bağlı danışıqlar aparılacaq, amma Ermənistanın bu qurumdan çıxması az ehtimal olunur. Həm də ölkə quruma tam daxil də deyil”.

S.Markov hesab edir ki, Ermənistanda iğtişaşlar başlaya bilər, çünki bu çevrilişin nə dərəcədə dinc şəkildə başa çatacağı məlum deyil. Amma “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkan verir:

“Heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadada əziyyət çəkmək istəmir. Ona görə də “Kazan formulu” əsasında dinc yolla nizamlanma imkanı artır. Bu formula əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana verilir və bunun cavabında Ermənistanın blokadası qaldırılır”.

Ölkədə hakimiyyətin devrilməsi fonunda Ermənistanın sosial-iqtisadi və siyasi kursunun dəyişməsi məsələsinə toxunan politoloq qeyd edib ki, etiraz hərəkatının liderlərini müstəqil saymır:

“Onlar kifayət qədər amerikayönümlüdür və onların əsas vəzifələri Ermənistanı Rusiyadan qoparmaq və tarixdə terror aktları ilə tanınan Daşnaksütun kimi təşkilatları Rusiyaya qarşı yönləndirməkdir”.

Xatırladaq ki, aprelin 13-dən İrəvanda sabiq prezident S.Sərkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları başlayıb. Aprelin 23-də S.Sərkisyan istefa verdiyini açıqlayıb.

Tarix
2018.04.23 / 21:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla