Yuxarı

Lavrov-Nalbəndyan görüşünə Bakıdan - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin təmas xəttində hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir.

Axar.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq, Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbəndyan tərəfindən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin müzakirə olunmasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin ölkədaxili siyasi məqsədlər üçün təxribat məqsədilə Azərbaycanın işğal olunmuş əraziləri boyunca, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyəti gərginləşdirməyə və hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir:

"Qeyd etdiyimiz kimi, Serj Sərkisyanın hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə gələcək sağlam siyasi qüvvələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli üzrə danışıqlara hazırıq".

Tarix
2018.04.27 / 00:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla