Yuxarı

Paşinyan ətrafında müəmmalı oyunlar: Qərb, yoxsa Kreml?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan danışıqlara başlamaq üçün yeni şərtlər irəli sürür.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, İrəvanın Qarabağla bağlı hazırkı şərtləri sadəcə danışıqlar prosesini pozmaq məqsədi daşıyır:

“Ermənistan populist bəyanatlarla münaqişənin həllindən yayınır. Hakimiyyətə gəlmiş populist qüvvələr bundan qabaqkı cinayətkarların hərbi rəhbərliyi altında aparılan siyasəti davam etdirirlər. Ona görə də danışıqlar prosesində heç bir ciddi dəyişiklik gözləmirəm. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və ictimaiyyət bu siyasətə qiymət verməli, artıq Ermənistana qarşı müvafiq sanksiyalar qəbul etməlidirlər”.

Millət vəkili bildirib ki, Paşinyanı qərbpərəst kimi qəbul etmək düzgün deyil, çünki Ermənistanda və yeni rəhbərliyin ətrafında müəmmalı oyunlar gedir:

“Ermənistanda rəhbərlikdə kimin olmasından asılı olmayaraq, sülh istiqamətində addımlar atmasalar və torpaqlarımızı azad etməsələr, bu ölkə səfalətdən çıxmayacaq, bölgədə təcrid olunmuş hərbi baza kimi qalacaq. İrəvanın yeganə çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək və normal sülh prosesində iştirak etməkdir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sürətlə azad etməlidir. Bəlkə bundan sonra Ermənistanın hansısa şansları yarandı. Azərbaycan səbir nümayiş etdirir, münaqişənin sülh yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətdən dəstək gözləyir”.

Tarix
2018.05.19 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla