Yuxarı

Fiziklər böyük kəşfə imza atdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya və ABŞ-dan olan bir qrup araşdırmaçı işığın faza sürətinin 0-a yaxın, şüanın isə sınma əmsalının mənfi olduğu material əldə ediblər. Alimlər təsdiqləyir ki, onların tədqiqi görünən işığın bu cür xüsusiyyətlərini göstərən ilk üçölçülü materialdır.

Nümunəyə qeyri-adi xassələr vermək xüsusi strukturun yaranması nəticəsində mümkün olub. Həmin xüsusi strukturun elementi şüalanma dalğasının uzunluğundan xeyli azdır. Bunun üçün alimlər silisium nitritindən olan təcrübə lövhəsinin üzərinə bir neçə gümüşü paralel zolaq çəkiblər. Onlar bunu parofaz çöküntü üsulu ilə əldə ediblər.

Nizamlanmış strukturun yaradılması 1967-ci ildə Viktor Veselaqo tərəfindən irəli sürülmüş nəzəriyyənin effektini göstərməsinə səbəb oldu. İşığın faza sürəti materialda demək olar ki, 0-a düşür. Nümunədən 400 nanometrlə keçən işığın fazası cəmi 90 dərəcə, yəni, dalğanın ¼ uzunluğunda yerindən tərpədilib.

Mənfi sınma əmsalı olan materiallar adi optikada əlçatmaz olan bir neçə effekti reallaşdırmağa imkan yaradır. Alimlər düşünürlər ki, bu, işıq diodunun effektivliliyinin artmasına, eləcə də yeni cihazların yaranmasına yardım edəcək.

Tarix
2013.09.16 / 16:48
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla