Yuxarı

Prezident yeni xidməti məhz buna görə yaratdı – Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qərar əsasən cinayət yolu ilə əldə edilmiş pulların terrora cəlb edilməməsi ilə əlaqədardır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə bağlı fərmanını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında müəyyən problemlər olduğu üçün belə bir addım atılıb:

“Əvvəlcə, Mərkəzi Bankın, daha sonra isə Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdində belə bir qurum yaradılmışdı. İndi görünür, ümumiyyətlə, beynəlxalq aləmdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasının qarşısını almaq, həmçinin, bundan terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməməsi üçün sərbəst Maliyyə Monitorinqi Xidməti yaradılır. Türkiyə bugünə kimi bu istiqamətdə Azərbaycanda ciddi işlər aparıb. Avropa Şurasının müəyyən qurumları da Azərbaycanda bu istiqamətdə aparılan tədbirləri yüksək qiymətləndirib. Düzdür, buna qarşı ölkədə əhəmiyyətli mübarizə gedir. Ancaq dünyada bu sahədə çox ciddi problemlər var. Azərbaycan bazar iqtisadiyyatında iştirak etdiyi və torpaqlarımız işğal altında olduğu üçün həmin qurumun müstəqilləşməsi zərurəti ortaya çıxdı. Ümumiyyətlə, cinayət yolu ilə əldə edilən pullar müəyyən ofşor zonalarda leqallaşdırılır. Bu pulların leqallaşdırılması, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə Azərbaycandan vəsait getməməsi üçün ölkə basçışı belə bir qurum yaratmağı məqsədəmüvafiq hesab edərək öz tapşırıqlarını verib”.

V.Əhmədov vurğulayıb ki, Maliyyə Monitorinqi Xidmətinin publik hüquqi şəxsə çevrilməsi həm də əvvəlkilərin səmərəliliyinin yüksək olmamasından irəli gələn bir addımdır:

“O cümlədən, prezident məhz dünyada gedən prosesləri nəzərə olaraq sözügedən qurumu ayrıca yaratmağı lazım bilib. Bu xidmət faktiki olaraq birbaşa cənab prezidentə, yaxud da Azərbaycan hökumətinə tabe ola bilər. Hesab edirəm ki, Maliyyə Monitorinqi Xidməti sərbəst fəaliyyət göstərəcək və heç kimdən asılı olmayaraq mənfi halları aşkar edib, qarşısını alacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Tarix
2018.05.26 / 15:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla