Yuxarı

Avropayla Azərbaycan arasında saziş imzalandı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:44

Vilnüsdə keçirilən "Şərq Partnyorluğu" toplantısının əsas intriqası yenə də Ukrayna ilə assosiativ sazişin imzalanma məsələsidir.

Baxmayaraq ki, Ukrayna Nazirlər Kabineti assosiativ sazişin imzalanmasına hazırlıq prosesini dayandırmışdı, Ukrayna heyətinin üzvləri, xüsusilə Baş nazirin müavini Sergey Arbuzov toplantı iştirakçılarına Ukraynanın Avrointeqrasiya yolundan heç vaxt dönməyəcəyini və bu məsələnin bir daha müzakirə olunacağını bildirib.

"Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, AB nümayəndələri də öz növbəsində Ukraynanın qərarını dəyişəcəyinə ümid etdiklərini bildiriblər.

"Ukrainskaya Pravda" qəzeti yazır ki, bu gün Kiyev və AB arasında 2014-cü il ferval-mart AB-Ukrayna toplantısında assosiativ sazişin imzalanma ehtimalını istisna etməyən ikitərəfli deklarasiya qəbul oluna bilər.

Toplantıda AB və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi də gündəmdədir.

11:43

Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.

Sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyaveçus imzalayıb.

Sözügedən saziş Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.

Xatırladaq ki, sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək ( Trend ).

Tarix
2013.11.29 / 11:43
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla