Yuxarı

Cəmil Həsənli Milli Şura sədri olmağa razılıq verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Rüstəm İbrahimbəyovun onun Milli Şuraya sədrliklə bağlı təklifinə münasibət bildirib.

O, "AzVision.az"a açıqlamasında R.İbrahimbəyovun təklifinə müsbət yanaşdığını bildirib:
"Müəyyən səbəblərə, işi çox olduğuna görə Rüstəm İbrahimbəyov Bakıya gələ bilmir, ona görə də hesab edir ki, kim Bakıdadırsa, o, Milli Şuraya rəhbərlik etsin. Bu posta da mənim namizədliyimi təklif edir. Əgər Milli Şura uyğun bilərsə, mən bu missiyanı öz üzərimə götürəcəm".
C.Həsənli vurğulayıb ki, R.İbrahimbəyov yenə də Milli Şuranın fəaliyyətində aktiv iştirak edəcək:
"Rüstəm İbrahimbəyov sadəcə sədrlikdən gedib, Milli Şuranın üzvlüyündən çıxmağı planlaşdırmır. Yenə də Milli Şuranın işində yaxından iştirak edəcək. Onun fəaliyyətistiqamətlərinin müəyyənləşdirilməsi , həyata keçirilməsində əsas simalardan biri olacaq".
O hesab edir ki, R. İbrahimbəyovun sədrlikdən istefasının Milli Şuraya ciddi təsiri olmayacaq: "O yenə də Milli Şuranın işində yaxından iştirak edəcək ona görə də sədrlikdən isteafının bu quruma ciddi təsiri olmayacaq. Mən özüm də dəfələrlə demişəm ki, Rüstəm bəyin rəhbərliyi altında işləməyə razıyam və bu, mənim üçün xoşdur. Amma indi onun işi elə qurulub ki, hələ ki, Bakıya gəlmək planında yoxdur".
Tarix
2013.11.29 / 18:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla