Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


“Milli Şurada islahatlara ehtiyac var və mütləq olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin "Media forum"a verdiyi müsahibəni təqdim edir:

- Milli Şuranın sədri Rüstəm İbrahimbəyov vəzifəsindən istefa vermək istəyir. Bunu necə qiymətləndirirsiniz?

- Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri kimi göstərdiyi fəaliyyəti yüksək qiymətləndirirəm. Demokratik qüvvələrin birləşməsi ideyası Rüstəm bəyə məxsus idi. O, bu işin öhdəsindən layiqincə gəldi, müxalif partiyaları, müxalif düşüncəli ziyalıları, gəncləri, QHT-ləri, vətəndaş cəmiyyəti fəallarını Milli Şura ideyası ətrafında birləşdirdi.

Ötən müddət göstərdi ki, Milli Şura səmərəli ideyadır. Prezident seçkisi Milli Şuranın sınaqdan uğurla keçdiyini təsdiq etdi. Milli Şura ideyası Rüstəm İbrahimbəyova məxsus olduğuna görə biz istərdik ki, qurumun sədri kimi fəaliyyətini davam etdirsin. Şəxsən mən onun rəhbərliyi altında işləməyi daha məqsədəuyğun sayıram.

Rüstəm İbrahimbəyov həm də böyük sənətkardır və bir sıra layihələr üzərində çalışır. Həmin işlərlə əlaqədar olaraq bir müddət Bakıya gələ bilməyəcək, Azərbaycanda olmayacaq. Ona görə də Milli Şura sədrliyindən getmək qərarına gəlib və bununla bağlı təklifini şura üzvlərinin müzakirəsinə təqdim edib. O hesab edir ki, Milli Şura sədrliyindən getməsi və Azərbaycanda olan şəxslərdən birinin quruma rəhbərlik etməsi daha effektiv olar. Ona görə də Rüstəm İbrahimbəyov Milli Şuraya yeni sədrin seçilməsini istəyir. Amma özü Milli Şurada qalır və bundan sonra da qurumun fəaliyyətində yaxından iştirak edəcək, bacardığı, imkanı çatdığı qədər şuraya kömək edəcək, qurumun fəaliyyət istiqamətlərinin müəyyən olunmasında aparıcı şəxslərdən biri olacaq. Milli Şura sədrliyindən istefa verib-verməməsindən asılı olmayaraq Rüstəm İbrahimbəyov bizim liderimizdir.

- Rüstəm İbrahimbəyov sədrliyə sizin namizədliyinizi irəli sürüb. Sədr olmağa razılıq vermisinizmi?

- Sədrin kim olmağı məsələsini Milli Şuranın sessiyası həll etməlidir. Əgər şura üzvləri hesab etsələr ki, mən quruma rəhbərlik edim, bununla razılaşacağam. Milli Şura prezidentliyə namizəd olmaq məsələsini mənim üzərimə qoydu və bu missiyanı yerinə yetirməli oldum. Yəqin ki, indi də belə olacaq.

- Cəmil bəy, Milli Şuranın qarşısında duran əsas vəzifə nədir və bundan sonra qurumun prioriteti nə olacaq?

- Milli Şuranın əsas məqsədi və vəzifəsi millətimizi haqq və hüququna qovuşdurmaqdır. Azərbaycanda demokratiya uğrunda böyük mücadilə gedir, müstəqilliyin azadlıqla tamamlanması kimi böyük bir problem var. Millət müstəqilliyə nail olub, ancaq azadlıq əldə etməyib. Bizim əsas işimiz millətin azadlığına nail olmaqdır. Bundan başqa sosial-iqtisadi sahədə və inzibati idarəetmədə ciddi islahatlara ehtiyac var. Bizim qarşımızda bu islahatlara nail olmaq kimi ciddi problem var. Milli Şura bu istiqamətlərdə fəaliyyətini davam etdirəcək, Azərbaycanın siyasi, mənəvi mühitində böyük rol oynayacaq, islahatların həyata keçirilməsində, gerçək dəyişikliklərə nail olmaq sahəsində öz sözünü deyəcək.

- Milli Şurada islahatlara ehtiyac varmı?

- İslahatlara ehtiyac var və mütləq olacaq. İnteqrasiya getməlidir, təşkilatlanma gücləndirilməlidir, yeniləşmə olmalıdır. Milli Şuranın işlək bir quruma çevrilməsi təmin olunmalıdır. Xeyli ideya var və onları təkliflər paketi şəklində hazırlayıb Milli Şuranın sessiyasında səsləndirəcəyik.

- Qurumun fəaliyyətində davamlı iştirak etməyənlər üzvlükdən çıxa bilərmi?

- Biz artıq bu işə başlamışıq. Ötən sessiyada ilk addımlar atıldı və bir neçə nəfər üzvlükdən çıxarıldı. Milli Şuranın sessiyalarında davamlı olaraq iştirak etməyənlərin üzvlüyünə xitam verildi. Bu iş davam etdiriləcək, Milli Şuranın fəaliyyətində, işində yaxından iştirak etmək istəyənlər, buna bacarığı və həvəsi olanlar qurumun strukturlarında təmsil olunacaqlar. Əsas odur ki, işi bacarana tapşıraq. Bunun nəticəsində Milli Şura çevik və mobil fəaliyyət mexanizmi əldə edəcək.

- Milli Şuranı 2015-ci ilin parlament seçkisinə qədər qoruyub saxlamaq mümkün olacaqmı? Şuranın parlament seçkisində bir blok kimi iştirak etməsi haqda ilkin müzakirələr gedirmi?

- Milli Şura uzun bir dövr üçün nəzərdə tutulub. Azərbaycan müxalifətinin, demokratik düşüncəli ziyalıların, gənclərin birliyinin uğurlu formatıdır. Bunu parlament seçkisinə qədər qoruyub saxlamağa çalışacağıq. Parlament seçkisi haqqında danışmaq tezdir. Amma Milli Şuranın fəaliyyət istiqamətlərini müəyyənləşdirəndə bu məsələyə də baxacağıq.

Tarix
2013.11.29 / 19:19
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

O, türk dünyasının ən böyük liderlərindəndir - Özoral

Qalib Putin Suriyadan niyə çıxdı? – Mühüm səbəblər

Ermənilər Cəbrayıla köçürülür: Lavrovun məqsədi…

Trampın Qüds qərarı Putinə yeni yollar açır

Həmsöhbətinin səsini yaza, istifadə edə bilərsiniz - Ekspert

Rusiya kompromisə gedir - Politoloq

Heydər Əliyevin dərcinə qadağa qoyulan - Müsahibəsi

Putin Ərdoğana sürpriz etdi - Politoloq

İlham Əliyev 8 sərəncam, 2 fərman imzaladı

Ukrayna böhranla üzləşəndə Heydər Əliyev... - Kuryaçi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla