Yuxarı

Putinlə Paşinyan fərqli düşünürlər - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Ermənistanın əvvəlki rəhbərləri kimi, Azərbaycan-Rusiya münasibətlərinin vəziyyətini yaxından təqib edir. Təsadüfi deyil ki, Ermənistanın baş nazirinin Moskvaya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərindən bir həftə sonra baş tutur. Amma bu iki səfər müqayisə edilə bilməz. Azərbaycan və Rusiya prezidentlərinin çoxillik etibarlı dostluq əlaqələri mövcuddur. Rusiya Prezidenti və Ermənistanın baş naziri isə həm ikitərəfli münasibətlərin, həm də xarici siyasətin müxtəlif məsələləri ilə bağlı fərqli fikirlərə malikdirlər.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı ikitərəfli əməkdaşlığın hüquqi bazasını əhəmiyyətli dərəcədə gücləndirən sənədlər imzalandı. Baş nazir Paşinyanın Moskvaya səfəri zamanı heç bir sənəd imzalanmadı, Ermənistan baş nazirinin bu tələsik hazırlanmış səfəri heç nə ilə yadda qalmadı. “Yuxarıda qeyd olunanlar göstərir ki, hazırda Rusiya-Ermənistan münasibətləri aşağı səviyyədədir. Ermənistanın baş naziri bu əlaqələrin “parlaq” xarakterli olduğu iddia edərək, öz ictimaiyyətini aldatmaqda davam edir. N.Paşinyanın Moskva səfəri Rusiya ilə mövcud gərginliyi aradan qaldırmayıb. Paşinyanın bu səfərinin ikitərəfli münasibətlərdə heç bir aktual məsələnin həllinə kömək etmədiyini deyən deputat vurğulayıb ki, Rusiya tərəfinin Ermənistana tədarük olunan qazın qiymətini qaldırmaq istəməyəcəyini bəyan etməsi hər halda erməni diplomatiyasının qələbəsi hesab edilə bilməz. “Bu daha çox Moskva tərəfinin zülm çəkən erməni xalqına güzəştinə bənzəyir”-, deyə Sevinc Fətəliyeva bildirib.

Tarix
2018.09.12 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla