Yuxarı

Əliyev və Yıldırım önəmli mesajlar verdi – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müsəlman Şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 100-cü ildönümü ilə bağlı dünyanın hər yerindən gələn yüksək səviyyəli qonaqların iştirakı ilə keçirilən tədbirlərdə iştirak etməkdən böyük qürur hissi duyuram.

Axar.az xəbər ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasla bağlı fikirlərini bölüşərkən deyib. Millət vəkili bildirib ki, AXC-nin Parlamenti demokratik dəyərlərə və ənənələrə sahib idi:

“Bu ənənələri davam etdirən Milli Məclisdə Parlamentimizin 100-cü ildönümü ilə bağlı mərasimlərin keçirilməsinin şahidi olmaq gözəl bir duyğudur. Cümhuriyyətin qurucuları olan babalarımız nur içində yatsın. Onları hər zaman sevgi və sayğı ilə anacağıq. Dövlət başçısı cənab İlham Əliyev möhtəşəm çıxış etdi və önəmli mesajlar verdi. Qardaş Türkiyənin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım da gözəl çıxış etdi və önəmli mesajlar verdi. Tarixi bir hadisəni yaxından izləmək və bir parçası olmaq möhtəşəm bir duyğudur. Hər zaman var ol, gözəl Azərbaycan!”

Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir.

Dünyanın 50-yə yaxın ölkəsindən 150 nümayəndənin qatıldığı mərasimdə Prezident İlham Əliyev də iştirak edir.

Tarix
2018.09.21 / 13:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla