Yuxarı

İlham Əliyev: Ermənistanla fərq yerlə göy qədərdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

Dövlət başçısı ölkə iqtisadiyyatının uğurlu olmasında xarici siyasətin də rol oynadığını vurğulayıb:

"Bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq məsələlərlə bağlı çox uğurlu siyasət aparır, qonşu ölkələrlə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox böyük hörmətə layiqdir. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədimiz var və bu il Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb.

Bax, budur bizim uğurlu xarici siyasətimiz ki, bu gün daxili inkişafımıza da müsbət təsir göstərir. O ki qaldı, iqtisadi sahəyə, son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir. Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir. Təsəvvür edin, dünyada 200-dən çox ölkə var. Azərbaycan 35-ci yerdədir. Rəqabətqabiliyyətliliyi hesablaması bütün sahələri əhatə edir, təkcə enerji resurslarını yox. Yenə də Davos Forumunun inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə, Azərbaycan 3-cü yerdədir. Azərbaycan infrastrukturun səviyyəsinə görə, dünya miqyasında 26-cı yerdədir. Bütün bunları biz yaratmışıq, yorulmaz fəaliyyət nəticəsində, xalq-iqtidar birliyi sayəsində. Ona görə bizim iqtisadi inkişafla bağlı fikirlərimiz çox ümidvericidir və çox müsbətdir".

Tarix
2018.09.22 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla