Yuxarı

Hərbi-siyasi şərait qeyri-müəyyəndir – Gərginlik artır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib bölgəsinin müqəddaratı yaxın zamanlarda öz həllini tapacaq.

Bu sözləri Axar.az-a İl-20 olayına görə Rusiya ilə İsrail arasında yaşanan gərginliklə bağlı danışan politoloq Tofiq Abbasov deyib. Politoloq Suriyada gərginlik indeksinin durmadan artdığını bildirib:

“Münaqişəyə qatılan aparıcı dövlətlərin hər birinin Suriya ilə bağlı öz iddiaları var. Buna görə də həmin dövlətlər arasında olan münasibətlər yeni müstəviyə çıxır. Söhbət qarşıdurma müstəvisindən gedir. Çünki Suriyadakı hərbi-siyasi şərait olduqca qeyri-müəyyəndir. Belə ki, Suriyanın postmüharibə dövründə hansı prinsiplər əsasında formalaşması, ölkənin Konstitusiyasının hansı tərzdə ifadə olunması və s. ətrafında çox böyük mübahisələr gedir. Ona görə də hər bir dövlət, o cümlədən fövqəlqüvvələr gərgin mübarizə şəraitində yaşayırlar. Hazırda Rusiyanın şansı daha üstün görünür. Çünki Rusiyanın Suriyadakı iştirakı Əsəd rejimi tərəfindən təsdiqlənib. Yəni Suriya ərazisində Rusiya və İranın hərbi hissələri mövcuddur. ABŞ, İsrail, İordaniya və digər ölkələrin Suriyada iştirakı isə qeyri-legitimdir. İl-20 insidentindən sonra Rusiyanın Suriyaya S-300 hava hücumundan müdafiə sistemlərini verməsi Moskvanın bölgədəki üstünlüyünü bir qədər də artıracaq. Beləliklə, Rusiya bölgədə rəqiblərinin manevr imkanlarını asanlıqla məhdudlaşdıra biləcək”.

Politoloq qeyd edib ki, İl-20 olayı Rusiyanın İsrail, ABŞ və Qərb koalisiyası ilə münasibətlərinə təsirsiz ötüşməyəcək:

“Zənnimcə, Rusiya qüvvələri Suriyada çox sərt bir rejim yaradacaq. Belə ki, artıq bu ərəb ölkəsinin səması üzərindən uçuşlar qadağan edilə bilər. Yaxud da uçuşlar yalnız icazə veriləcəyi təqdirdə həyata keçiriləcək. Bu isə bölgədə yeni bir status-kvonun yaranması deməkdir. Bu status-kvonun nə qədər uzun sürəcəyi artıq ikinci dərəcəli məsələdir. Hesab edirəm ki, İdlib bölgəsinin müqəddaratı yaxın zamanlarda öz həllini tapacaq. Ancaq hələ ki müharibənin sonu görünmür”.

Qeyd edək ki, İl-20 kəşfiyyat təyyarəsinin Suriyanın Latakiya bölgəsində vurulmasının günahını İsraildə görən Rusiya yaxın iki həftə ərzində Suriyaya S-300 zenit raket kompleksləri verəcəyini açıqlayıb.

Tarix
2018.09.25 / 09:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla