Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


Makron Nikolu niyə “oynadır”: Bakıya maneə üçün imkan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-12-də İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının XVII sammiti keçirilib. Sammitdə təşkilatın üzvü olan bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak edib.

Teleqraf.com xəbər verir ki, Ermənistanın uzun müddətdir hazırlaşmasına baxmayaraq bu sammitin tam uğursuzluqla nəticələndiyini söyləyə bilərik.

Dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının digər dövlətin 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda keçirilməsi qərarının özü bir cəfəngiyat idi. Sammitin gedişi də bunun belə olduğunu əyani şəkildə nümayiş etdirdi.

Sammitdə təşkilatın bəyan etdiyi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa Prezidenti Emmanuel Makronla təşkilatın Baş katibi Mişel Jan qarşıdurmasının şahidi olduq. Özü də bu qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü üstündə idi. Bu, yalnız əslən Kanadadan olan Mişel Jan-Makron qarşıdurması deyildi, eyni zamanda Makron və Kanada Baş naziri Castin Trudonun ambisiyalarının toqquşması kimi də qiymətləndirilə bilər.

Sammit zamanı diplomatiya tarixində görünməyən hadisə yaşandı. Təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi Tvitter hesabından açıqlama verdi. Ümumiyyətlə, E.Makronla təşkilatın baş katibinin çıxışları arasında ciddi konseptual fərqlər özünü göstərirdi.

Toplantının İrəvanda keçirilməsi üçün canfəşanlıq edən və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş deyildi. Sözsüz ki, təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı.

Bir məqamı da qeyd etməyi vacib sayırıq. Frankfoniya Təşkilatının əsasında fransız dili amili durur. Amma Ermənistanı heç bir halda fransızdilli ölkə adlandırmaq olmaz.

Politoloq Elxan Şahinoğlu bu təşkilatın fransız dilinə önəm verən ölkələri özündə birləşdirdiyini vurğulayıb.

“Ancaq inanmıram ki, Ermənistanda fransız dilində danışanların sayı çox olsun, buna baxmayaraq özlərini bu təşkilata soxuşdurublar”, – deyən E.Şahinoğlu əlavə edib ki, İrəvandakı sammit Baş nazir Nikol Paşinyan üçün göydəndüşmə oldu. Belə ki, Paşinyan sammit vasitəsilə beynəlxalq aləmə özünü daha çox tanıtdırmağa çalışdı:

“Çünki İrəvandakı toplantıya xeyli dövlət rəsmisi qatılmışdı. Bunlardan Fransa prezidentini və Kanadanın baş nazirini göstərə bilərik”.

E.Şahinoğlunun sözlərinə görə, ən maraqlısı odur ki, İrəvandakı toplantıda Serbiya və ondan ayrılan Kosovo da təmsil olunurdu:

“Ermənistan Prezidenti Armen Sərkisyan Kosovo lideri Haşim Taşiçlə görüşdə deyib ki, “soyqırımlarının” tanınması məsələsində əməkdaşlıq etmək lazımdır. Kosovonun müstəqilliyini ilk tanıyan ölkələrdən biri Türkiyədir. İndi gərək Ankara Kosovo liderinə anlatsın ki, Haşim Taşiç İrəvanla münasibətlərdə ehtiyatlı olsun. Elə rəsmi Bakının da enerji sahəsində sıx əməkdaşlıq etdiyi Albaniya hökumətinə bir mesaj göndərməsinə ehtiyac var ki, Kosovodakı alban qardaşlarına öyüd-nəsihət versinlər”.

Onu da qeyd edək ki, sammit zamanı N.Paşinyanın qonaqlarla, o cümlədən Fransa prezidenti, Kanada baş naziri ilə selfi çəkdirməsi sosial şəbəkədə gülüş obyektinə çevrilib. Sosial şəbəkə istifadəçiləri şərhlərində sammitin Ermənistana fayda vermədiyini, yalnız baş nazirin piarı ilə yadda qaldığını vurğulayıblar.

Tarix
2018.10.13 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Savelyevin Xocalı bəyanatı İordaniyanın nüfuzlu nəşrində...

İlham Əliyevlə Sofiyanın maraqlı dialoqu - Video

Ərdoğandan canlı yayımda İlham Əliyevə təşəkkür

İran milyarderlərinə niyə edam cəzası verir? - Mühüm

Rusiya Dumasından Xocalı ilə bağlı ilk addım

Bolton Bakıya hansı təkliflə gəlir? – Professor

ABŞ raketlərini Qafqaza yerləşdirə bilər? – Sensasiya

Ermənilər mərhələni keçə bilmədi, bizim snayperlər isə...

Tramp SSRİ-ni çökdürən silahı işə salır – Şərh

Türkiyənin təhlükəsizliyinə Bakının töhfəsi – Şərh

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla