Yuxarı

Bolton İrəvanda və Bakıda nəyi müzakirə edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Boltonun bölgəyə səfəri önümüzdəki aylarda ABŞ hökumətinin bölgəyə yönəlik siyasətində hansısa korrektlərin olacağı ehtimalını da doğrur.

Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə gözlənilən səfəri xüsusi əhəmiyyətlidir:

“Rusiya ilə müzakirələrdə, əlbəttə, Yaxın Şərq böhranı, xüsusilə də Suriya məsələsi, bu ölkəyə yerləşdirilən zenit raket kompleksi, ABŞ-İran münasibətlərində Rusiya amili və digər məsələlər müzakirə oluna bilər. Con Boltonun Ermənistan səfəri bu ölkənin yeni hakimiyyəti ilə tanışlıq və Paşinyan hökumətinin ABŞ ilə münasibətləri, Avropa Birliyi ilə əməkdaşlıq, heç şübhəsiz, ölkə daxilində son zamanlarda cərəyan edən hadisələrə aydınlıq gətirilməsidir. Bildiyimiz kimi, demokratiya və ifadə azadlığı şüarları ilə hakimiyyətə gələn Paşinyan özü bu dəyərlərə əməl etmir. Müxalifətə qarşı təzyiq etməsi, sabiq prezident Robert Köçəryanı həbs etməsi və daha sonra sərbəst buraxması, məhkəmənin azad olmaması və s. kimi məsələlərin müzakirə hədəfi olacağı ehtimal edilir. Paşinyan hökuməti yəqin ki, ABŞ-dan maliyyə yardımı və siyasi dəstək istəyəcəkdir”.

Politoloq qeyd edib ki, Azərbaycan səfəri isə daha geniş və qlobal məsələləri əhatə edir:

“Burada Azərbaycanın enerji siyasəti, Avropanın enerji ehtiyacının alternativ yollarla qarşılanması, bölgə və beynəlxalq təhlükəsizliyə Azərbaycanın verəcəyi töhfə və əlbəttə, İran-ABŞ münasibətlərində Azərbaycanın mövqeyi müzakirə mövzusu ola bilər".

Qeyd edək ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Qafqaz ölkələrinə oktyabrın 20-si səfər edəcək. O, bu barədə özünün Tvitter hesabında yazıb.

Tarix
2018.10.15 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla