Yuxarı

Dünya mediası 15 illik möhtəşəm zəfərdən yazır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsini yaymaqda davam edir.

Axar.az xəbər verir ki, İranın “İRNA” xəbər agentliyi, Qazaxıstanın “Rezonans”, Gürcüstanın “Newsday”, “Gaxa”, Özbəkistanın “Kun.uz”, Qırğızıstanın “Goldenbridgenews”, Ukraynanın “Versii”, Moldovanın “Tribuna” portalları, Türkiyənin “Sanalbasın”, “Bafra55” saytları, “Gazetekars” qəzeti Əli Həsənovun bu məqaləsinə yer veriblər. Bundan başqa, Türkiyənin BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Araşdırmalar Mərkəzi məqaləni tam şəkildə öz saytında yerləşdirib.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin təhlükəsizliyinin, insanların əsas hüquq və azadlıqlarının, ölkənin əmin-amanlığının təmin edilməsi, vətəndaşların rifah halının yüksəlməsi, Azərbaycanın müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınması, beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlərdən ətraflı bəhs edilir. Həmçinin ölkəmizin iqtisadi sahədə uğurlarından, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan nəhəng transmilli energetika və nəqliyyat layihələrindən, demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətdən söhbət açılır.

Tarix
2018.10.17 / 23:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla