Yuxarı

Qətl niyə İstanbul küçəsində yox, konsulluqda baş verdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Səudiyyə Ərəbistanı Qaşıqçını öldürmək istəyirdisə, niyə bunu konsulluqda həyata keçirirdi?! Bu, Səudiyyə dövləti səviyyəsində bir əməliyyat idisə, niyə bu əməliyyat bu qədər açıq şəkildə həyata keçirilirdi?

Bu sözləri Axar.az-a açıqlamasında Avropa.info saytının baş redaktoru, analitik Ruslan Bəşirli deyib. O bildirib ki, adətən, xüsusi xidmət orqanları aradan götürmək istədikləri şəxslərlə bağlı tədbirlərin son dərəcə məxfi şəkildə həyata keçirirlər:

“Məsələn, Rusiya xüsusi xidmət orqanlarının illər öncə çeçen mühacirlərin İstanbulda silsilə qətllərini həyata keçirdiyi haqda ciddi şübhələr var. Amma kimsə buna görə Rusiyanı ittiham edə bilmir, çünki əməliyyatlar son dərəcə qapalı keçirilir, çeçenlərin cəsədləri qaranlıq küçələrdə tapılırdı. Jurnalist Qaşıqçı da normal şəkildə küçədə gəzib dolaşan biri idi Onun nə gülləkeçirtməyən avtomobili, nə də xüsusi mühafizəçisi vardı”.

R.Bəşirli vurğulayıb ki, Qaşıqçını aradan götürmək çətin bir iş deyildi:

“O zaman nədən Qaşıqçı Səudiyyənin dövlət binasında, konsulluqda aradan götürülür? İkincisi, Camal Qaşıqçı Səudiyyə hökuməti ilə konfliktdə olduğu halda niyə konsulluq binasına gəlirdi? Mən, “Qaşıqçı nikaha girmək üçün konsulluq binasına gəlib” kimi gülünc iddialara qətiyyən inanmıram. Camal Qaşıqçının İstanbulda oturum izni vardı və o çox rahatca İstanbulda bələdiyyələrin birində bu nikah məsələsini həll edə bilərdi. Qaçıqçı Səudiyyə Ərəbistanında kral hakimiyyətini tənqid etmənin ağır bədəlinin olduğunu bildiyi halda, niyə konsulluq binasına girirdi? Qısacası, Qaşıqçı olayı ciddi bir məsələdir və ümumən bölgədəki siyasi proseslərə ciddi şəkildə təsir edəcək”.

Politoloq qeyd edib ki, bu məsələdə kimin qazanıb, kimin itirəcəyini zaman göstərəcək:

“Türkiyə ilə Səudiyyə Ərəbistanını arasındakı normal münasibətlər kəskinləşəcək və kritik həddə çatacaqmı? Bölgədə yeni savaş alovlanacaqmı? Bu olayın ABŞ Prezidenti Trampın “Səudiyyənin təhlükəsizliyini qoruduğumuz üçün onlar ABŞ-a pul ödəməlidir” sözlərinə vəlihəd Məhəmməd bin Salmanın cavabı ilə bir əlaqəsi varmı?!”

Qeyd edək ki, C.Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna daxil olub və bir daha görünməyib.

Onun xüsusi sui-qəsdçilər tərəfindən öldürüldüyü ehtimal edilir.

Tarix
2018.10.19 / 13:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla