Yuxarı

Şahbazlının müsahibəsi Ukrayna və Qazaxıstan mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın nüfuzlu "KievVlast” İnformasiya Agentliyi(www.kievvlast.com.ua) və Qazaxıstanın tanınmış "Kazak News” İnformasiya Portalı (www.kazaknews.kz) Bakı şəhərinin "EKSPO 2025” Ümumdünya sərgisinə ev sahibliyi üçün namizədliyindən yazıb.

Axar.az xəbər verir ki, Ukrayna və Qazaxıstan mediasına açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, "EKSPO 2025”i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var.

F.Şahbazlı açıqlamasında qeyd edib ki, bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır: "Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın paytaxtı Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədliyi irəli sürülüb. Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyi, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunması Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsinə imkan verir”.

F.Şahbazlı həmçinin qeyd edib ki, "Azərbaycan 2000-ci ildən etibarən "EKSPO” hərəkatının fəal üzvüdür:

"Ölkəmizin pavilyonları son üç sərgidə – 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. "Azərbaycan Qlobal Humanitar Forum, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən bəri keçirilən Formula-1 Bakı Qran-Prisi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, "Bakı Prosesi”, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə qazanıb. Eyni zamanda, Azərbaycan siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkədir. Bütün bu səbəblər "EKSPO 2025”in Azərbaycanda yüksək səviyyədə keçirilə biləcəyinə tam zəmanət verir”.

Tarix
2018.10.21 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla