Yuxarı

ABŞ mediası Kayseridəki Xocalı abidəsindən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Foreign Policy News” xəbər portalında Türkiyənin Kayseri şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş parkın və abidənin açılış mərasimindən bəhs edən xəbər yerləşdirilib.

Axar.az xəbər verir ki, materialda qeyd olunur ki, açılış mərasimində Türkiyə və Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri, həmçinin Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev iştirak edib.

Geniş auditoriya qarşısında çıxış edən rusiyalı deputat bildirib ki, Xocalıda törədilmiş hərbi cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. D.Savelyev deyib: “Bu faciəyə ədalətli qiymət verilməsi və onun günahkarlarının cəzalandırılması üçün biz hamımız Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq”.

Materialda daha sonra qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə - Yerevanın Bakıya qarşı ərazi iddiaları irəli sürməsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin qeyd-şərtsiz olaraq Ermənistana verilməsi tələbi ilə başlayıb. Altıillik müharibə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini təşkil edən Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu günədək onlara əməl etməyib”, - deyə xəbərin sonunda bildirilir.

Tarix
2018.10.22 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla