Yuxarı

Əslində, sabotaj və şantajla Paşinyan məşğuldur – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Ermənistanda bu gün sabotajla Paşinyan özü məşğuldur. O, bütövlükdə Ermənistanın qanunvericiliyini, Konstitusiyasını, seçki sistemini alt-üst edib və insanları çaşdırıb.

Bu sözləri Axar.az-a Paşinyanın parlamentin yenə sabotajla məşğul olması ilə bağlı açıqlamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Respublikaçılar Partiyası düzgün hərəkət edir:

“Bu, siyasi mübarizədir. Siyasi mübarizədə heç kim öz rəqibinə üstünlük qazanmağa imkan verməməlidir. Ermənistanda mövcud parlament bir ildir ki, seçilib və onun buraxılmasına hələ 4 il var. Amma Paşinyan küçənin diqtəsi ilə onu istefaya göndərmək istəyir. Digər tərəfdən isə Seçki Məcəlləsini başdan-başa öz xeyrinə dəyişdirməyə parlamenti məcbur edir. Ləyaqət hiss olan və özünə hörmət edən hər bir şəxs Paşinyanın bu cür alçaldıcı şərtlərinə gedə bilməz”.

Politoloq qeyd edib ki, bu gün Ermənistanda əhali çaşqınlıq içərisindədir:

“Onlar gedəcəkləri istiqaməti dəqiq müəyyənləşdirə bilmir. Bu səbəbdən də deyərdim ki, Respublikaçılar Partiyası axıra qədər mübarizə aparmalıdır. Əks təqdirdə Ermənistanda, çoxlarının da dediyi kimi, Paşinyan demokratiya vədi verərək, ölkədə diktatura rejimi yaradacaq. Bu rejim indiyə qədər mövcud olan rejimlərdən (Sərkisyan, Köçəryan) daha pis olacaq. Bu mənada Ermənistanda həm siyasi böhranın güclənəcəyi, həm də qarşılıqlı siyasi ittihamların, rəqabətin artacağını proqnozlaşdırmaq mümkündür. Bu da Ermənistanı qarışıqlığa sürükləyə bilər”.

Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə isə Respublikaçılar Partiyasının sonuna qədər mübarizə aparmaq niyyətində olduğunu qeyd edib:

“Amma onların mübarizəsi heç bir fayda vermir. Yeni iqtidar növbədənkənar seçkilərə qədər bütün vasitələrə əl atmağa çalışır ki, legitimliyi əldə etsin. Respublikaçıların sona qədər mübarizəsi heç bir əhəmiyyət kəsb etmir. Düşünürəm ki, köhnə hakimiyyətin nümayəndələri bu cür addımlar atdıqca yeni iqtidar çalışacaq maksimum tez zamanda legitimliyi təsdiq olunsun”.

Qeyd edək ki, Ermənistan parlamenti Seçki Məcəlləsində dəyişikliyi birinci oxunuşda qəbul etməyib. Belə ki, dəyişikliyə cəmi 58 deputat səs verib. Qanunun qəbulu üçün ən azı 63 səs lazımdır. Bundan sonra Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan Feysbuk hesabından birbaşa yayımda bildirib ki, keçirilən səsvermə növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu göstərir. Paşinyanın sözlərinə görə, bunsuz sonrakı addımlar qeyri-mümkündür. Eyni zamanda Paşinyan vurğulayıb ki, parlament çoxluğu (Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyası nəzərdə tutulur – red.) və onun tərəfdarları yenə sabotaj siyasəti aparır.

Tarix
2018.10.24 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla