Yuxarı

Rublu zəiflədəcək iki mühüm fakt: Alternativ axtarılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft qiymətləri ucuzlaşdıqca rubla olan təzyiqlərin artması ehtimalı da güclənir.

Bunu Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, rublun gələcək taleyi iki əsas məsələdən asılı olacaq:

“Birincisi, Rusiyaya qarşı yeni sanksiya dalğası ehtimalı kifayət qədər yüksəkdir. ABŞ-da son seçkilərdən sonra Konqresdə demokratların üstünlük qazanması yeni sanksiyaların daha sərt olacağından xəbər verir. Ekspertlər bu məsələni də risklərə daxil edərək rublu ucuzlaşdıracaq faktorlardan biri kimi qeyd edirlər. İkinci beynəlxalq faktor neft qiymətləri ilə bağlıdır. İranla bağlı qorxuların özünü doğrultmaması və ötən həftə ABŞ-da gündəlik hasilatın rekord səviyyəyə - 11.5 milyon barrelə çatması gələcəkdə neftin qiymətlərinə mənfi təsir göstərəcək. Neft qiymətləri ucuzlaşdıqca rubla olan təzyiqlər də atacaq. Daxili faktorlara gəlincə, son zamanlar Rusiyanın xarici ticarət balansında qeyri-neft sektorunda az da olsa, artım müşahidə olunur. Müxtəlif ölkələrdə milli valyutalar ucuzlaşdıqca ixracat potensialı artır. Rusiya da buna istinad edərək rublun ucuzlaşmasının turistlərin cəlb edilməsini və qeyri-neft ixracatını stimullaşdıracağını düşünür”.

İqtisadçı bu fonda gələcəkdə Rusiyada yerli kriptovalyutaların yaradılması məsələsinə də toxunub:

“Daxil bazarda kriptovalyutadan istifadə kifayət qədər problemli məsələdir. Çünki onun məzənnəsi xarici valyutalara - avro, dollara qarşı müəyyənləşdiriləcək ki, əməliyyatlar zamanı hesablamalar mümkün olsun. Venesuela daxili kriptovalyuta ilə bağlı qərar versə də, sonradan layihədən vaz keçməyə məcbur oldu. Nəticədə onun nominal dəyərindən xeyli ucuz satılması Mərkəzi Banka böyük ziyan vurdu. Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş ölkələr də kriptovalyutaların iqtisadiyyata ciddi xeyir verməyəcəyini görərək ondan vaz keçdilər. Açığı, Rusiyada da bunun ciddi perspektivinin olacağına inanmıram. Rusiyanın bu addımı atmaq istəməsinin əsas məqsədi başqadır. Rusiya gələcəkdə beynəlxalq bank əməliyyatlarından kənarlaşdırılacağı təqdirdə ölkədə daxili əməliyyatların aparılması üçün yeni bir platforma yaratmağı hədəfləyir”.

Tarix
2018.11.09 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla