Yuxarı

Ermənistan tələdə: ABŞ-ı İrəvan yox, İran maraqlandırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər amerikalılar istəsələr, Azərbaycan və Ermənistana ciddi silah sistemləri sata bilərlər.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Azərbaycanın amerikalıların sistemlərinə bənzər silahları var. Burada ciddi problem odur ki, ABŞ-la hərbi əməkdaşlıq Rusiyada ciddi rezonans doğura bilər. Digər tərəfdən, ABŞ-ın regionun üç ölkəsinə də silah satışı İranla bağlıdır. Hazırda amerikalıları Rusiya yox, İran maraqlandırır. İran Ermənistan üçün çox vacib ticarət tərəfdaşıdır. Ermənistan onunla münasibətlərini pisləşdirə bilməz. Amerikalıları indiki halda maraqlandıran yalnız İrandır. Onlar İranın blokadada olmasında və Ermənistanın İrandan uzaqlaşmasında maraqlıdırlar. Bu, çox çətin situasiyadır. Böyük ehtimalla Rusiya bu siyasətə qarşı olacaq, ona görə ki, Moskva amerikalıların növbəti dəfə onun təsir zonasına daxil olmaq istədiyini düşünür. ABŞ-la Ermənistan arasında hərbi-texniki əlaqə isə Moskvada, eyni zamanda Tehranda çox böyük rezonans doğuracaq. Məncə, Ermənistan hökuməti bu məsələni hansı yolla həll edəcəyini bilmir”, – deyə o bildirib.

Tarix
2018.11.10 / 09:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla