Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2018


20 ildə Konstitusiya Məhkəməsi nə qədər qərar qəbul edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyət göstərdiyi 20 il ərzində Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 382 qərar qəbul edib.

Report-un məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Onun sözlərinə görə, Plenumda Azərbaycan qanunlarının və Konstitusiyasının şərh edilməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən bir çox qərarlar qəbul olunub: "Müvafiq normalara dair verilən rəsmi təfsir Əsas Qanunun aliliyinin təmin olunmasına xidmət edir. Fərdi şikayətlər əsasında qəbul olunan qərarlarda isə ərizəçilərin pozulan hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqların məhkəmə müdafiəsi, bərabərlik, mülkiyyət, əmək, mənzil, istirahət və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə təcrübəsi baxımından vacib hüquqi mövqelər formalaşdırılıb".

F.Abdullayev vurğulayıb ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əksini tapan hüquqi mövqelər məhz Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi nəzərə alınmaqla formalaşdırılır: "Qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunan qərarlarda və ümumilikdə məhkəmə-hüquq təcrübəsində Konstitusiya Məhkəməsi respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktların müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinadlar edilməsinə hər zaman xüsusi önəm verir. Bu cür hüquqi istinadların edilməsi qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gələrək, eyni zamanda, məhkəmə qərarlarının daha düzgün və dolğun əsaslandırılmasına xidmət edir".

Tarix
2018.11.10 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğan Qarabağ bağlı Putini inandırmağa çalışır - Rus xəfiyyə

Bakı-Tiflis-Ankara arasında növbəti hərbi sənəd... - Sixarulidze

Türk dövlətləri İzmir Bəyannaməsini qəbul etdi

Zakir Qaralov Monqolustan nümayəndə heyəti ilə görüşdü - Foto

İlham Əliyev 2 ölkə liderinə məktub ünvanladı

Bakı-Ankara-Tiflis birgə təlimlərinin hədəfi - Şərh

Türk və gürcü generallarını Bakıya gətirən – Səbəb

Vaşadze seçilərsə, Bakı ilə əlaqələr... - Şaşkin

İvanişvili azərbaycanlılara nələr söz verdi, nələr etdi?

Generallar Bakıda: görüşün məqsədi.. – Nazir açıqladı

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla