Yuxarı

Nikola müttəfiqlərindən siyasi şillə: Yerini göstərdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT-nin son iclasında Putin, Nazarbayev və Lukaşenko Paşinyana siyasi şillə vurdular.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Kreml yeni erməni iqtidarına yerini göstərir:

“Moskva İrəvana demək istəyir ki, düzəlməsən, sənin nazınla oynayan deyilik. Moskvanın təbirincə, “düzəlmək” - Ermənistanın əvvəlki kimi Rusiyanın dedikləri ilə durub-oturmasıdır. Amma bir önəmli məqam da var ki, yeni erməni iqtidarı da əvvəlki kimi Moskvanın dediyi ilə durub-otursa, xalq arasında etimadını itirəcək”.

Politoloq qeyd edib ki, KTMT-nin son iclasını xarici siyasətdə yeni erməni iqtidarının ilk ən böyük uğursuzluğu da adlandırmaq olar:

“Boltonun səfəri də ermənilər üçün o qədər müsbət nəticələnməmişdi. Ardınca Moskva uğursuzluğu Paşinyanın seçkiqabağı mənfisinə yazılacaq. Ermənistanda rusiyayönümlü qüvvələr əhali arasında seçkiqabağı təbliğat aparacaqlar ki, Rusiyadan uzaqlaşsaq, bu, Ermənistana baha başa gələcək. Bolton və KTMT uğursuzluğundan sonra eyni vaxtda hər iki tərəfdən olmamaq üçün Paşinyan Moskvanın çətiri altına qayıda bilər”.

Politoloq bildirib ki, ABŞ çox uzaqdadır, Rusiya isə çox yaxındadır:

“Ermənistan siyasi, iqtisadi, hərbi baxımdan Rusiyadan asılıdır. Ermənistanı region və dünyada kasıb, kiçik və Rusiyadan tam asılı olan ölkə kimi tanıyırlar. Düzdür, dünya üzrə erməni lobbisi Ermənistanın nüfuzu üstündə işləyir, amma düşünmürəm ki, bu, ölkənin müsbət imici üçün yetərlidir. KTMT-dəki son olay bir daha göstərdi ki, müttəfiqləri Ermənistana və ələlxüsus da Paşinyana ikrah hissi ilə baxır. Qazaxıstanla Belarus isə ümumiyyətlə hər məqamda Azərbaycanın yanında olduqlarını göstərirlər”.

Tarix
2018.11.11 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla