Yuxarı

Abel Məhərrəmovu bitirən konfransdan reportaj - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın RTVE telekanalı Madriddə türk əsilli azərbaycanlı iş adamı Əli Evsenin "Evsen Faundeyşn” fondu tərəfindən təşkil edilən və BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun karyerasını bitirən beynəlxalq konfransdan reportaj hazırlayıb. Reрortajın videoyazısı ötən gün "Evsen Faundeyşn”un Yutub kanalında yerləşdirilib.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Əli Evsen "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” adlı beynəlxalq konfransı artıq üçüncü ildir təşkil edirdi. Və noyabrın əvvəllərində keçirilən bu konfransda iştirak edən Abel Məhərrəmovun iştirakı ilə baş verən, hətta ispan polisinin müdaxiləsinə gətirib çıxaran qalmaqal barədə məlumatlar ötən həftə mətbuata sızdırılıb. Bunun ardınca Abel Məhərrəmov işdən çıxarılıb.

İspaniya telekanalının reportajının "Evsen Faundeyşn" reklam şərtləri əsasında hazırlandığı təxmin edilə bilər. Çünki reportajda Azərbaycan nümayəndə heyətinin üzvləri demək olar ki, gözə dəymir. Əksinə, Əli Evsen və qudası Allahşükür Paşazadənin yanaşı oturduqları görünür. Reрortajda iştirakçıların bəzilərinin açıqlamalarına yer verilir, amma konfrans barədə danışanlar arasında da Azərbaycan nümayəndə heyətinin üzvləri yoxdur. Bununla belə reportajın sonunda ötəri də olsa Abel Məhərrəmov gözə dəyir.

Əli Evsen təxminən 16 dəqiqəlik reportaj boyu tərcüməçisi vasitəsilə konfrans və onun dinlərarası dialoqun qurulmasında əhəmiyyəti barədə danışır.

Tarix
2018.11.19 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla