Yuxarı

Lukaşenko Əliyevə o sözü təsadüfən demədi... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda qaz böhranı yaşananda Azərbaycan bu ölkəyə dəstək verdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Lukaşenko həmin vaxt Prezident İlham Əliyevə təşəkkür etdi:

“Rusiya qiymətlə bağlı anlaşılmazlığa görə Belarusa verdiyi qazı kəsəndə Azərbaycan bu ölkəyə təmənnasız qaz verdi. Azərbaycan Belarus xalqını donmaqdan xilas etdi. Lukaşenko Əliyevə “sizi gözləyirdik” sözünü əbəs yerə söyləmədi. KTMT-nin üzvləri olsa da, Qazaxıstan və Belarus Aprel müharibəsi zamanı demək olar ki, Azərbaycanın yanında oldular. Digər tərəfdən, erməni namizədin yenidən KTMT-yə baş katib seçilməsinə Nazarbayevlə Lukaşenko əngəl oldu. Bütün bunlar təbii ki, Ermənistanı çox qıcıqlandırır”.

Politoloq vurğulayıb ki, bundan sonra da Qazaxıstanla Belarus Azərbaycanın yanında olacaq:

“Belarus və Azərbaycan prezidentlərinin birgə bəyanatı iki ölkə münasibətlərinin yeni inkişaf müstəvisinə keçdiyindən xəbər verir. Memorandumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı altıncı bəndin yer alması təsadüf deyil. Bu sazişlə Belarus bir daha vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu isə o deməkdir ki, sabah Azərbaycan Ermənistanla müharibəyə başlasa, Belarus yenə Azərbaycanı dəstəkləyəcək. Doğrudur, KTMT-nin nizamnaməsinə əsasən, bu quruma daxil olan ölkənin biri bu qurumda olmayan hər hansı bir ölkə ilə hərbi münaqişədə olacaqsa, dərhal KTMT-yə daxil olan digər dövlətlər də müttəfiqinə dəstək verməlidir. Amma məsələ də bundadır ki, söhbət Ermənistana hərbi müdaxilə olarsa gündəmə gələ bilər. Ermənistana isə heç kim müdaxilə etmək niyyətində deyil. müharibə Azərbaycanın Belarusun da tanıdığı sərhədləri daxilində gedəcək. Ona görə də nə Belarus, nə də Qazaxıstan Ermənistana dəstək vermək niyyətindədir".

Tarix
2018.11.21 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla