Yuxarı

Nikol Sasna Çrerdən istifadə edib, kənara atdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan Ermənistanın xarici siyasətində düzəlişlər etməli olacaq.

Bunu Axar.az-a Ermənistanda parlament seçkilərinin nəticələri ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Respublikaçılar Partiyasının parlamentə düşməyəcəyi təxmin edilsə də, radikalların təşkilatı olan Sasna Çrerin uduzması bir növ Ermənistanda və bu ölkədən kənarda gözlənilməz bir reaksiya doğurub:

“Bu partiyanın çox dərin kökləri, platforması, proqramı yoxdur və ziddiyyətlər əsasında yaranmış qondarma bir siyasi təşkilatdır. Görünür, onu tələsik yaratmaqda məqsəd radikalların nümayəndələrinin də parlamentdə olmasını nümayiş etdirmək idi. Ancaq Paşinyan və onun ətrafında olan qüvvələrin koalisiyası reallıqda radikallardan uzaq dururlar. Yeganə Daşnaksütyun Partiyası hökumətə qarşı daha mötədil bir mövqe tuta bilər. Ancaq Paşinyana istədiyi proqramları həyata keçirməkdə maneçilik törətməyə onların rıçaqları yetməyəcək. 20 ildən artıq həyata keçirilən siyasət nəticə vermirsə və ölkənin tənəzzülünü qaçılmaz edirsə, deməli, həmin o məramdan uzaq durmaq lazım gələcək. Bu baxımdan Paşinyan Ermənistanın xarici siyasətində düzəlişlər etməli olacaq. Nəticə etibarilə bu digər rəqib qüvvələrin həm də illüziyalara qapılmamaları üçün bir xəbərdarlıq olacaq”.

Parlamentə düşə bilməyən qüvvələrin davranışına gəlincə, politoloq bildirib ki, onlar məğlubiyyətləri ilə barışmalı olacaqlar:

“Ermənistan daxili siyasi aləmində terror vasitələrinin daha işlək bir hala gətiriləcəyi indiki halda inandırıcı görünmür. Çünki Ermənistan onsuz da ağır vəziyyətdədir. Bu mənada Paşinyan yeni konsepsiyası ilə Qərb siyasətinə qayıtmağı və öz qonşuları ilə dil tapmağı təmin etməlidir. Azərbaycan Qarabağ probleminin ağırlığını çoxdan dəf edib. Azərbaycanın potensialı və dünyada artan nüfuzu birmənalı şəkildə Qarabağ probleminin həllini təmin etməyə imkan verir. Bunun üçün Azərbaycanın imkanları və strateji göstəriciləri Ermənistanı ən azı bir neçə dəfə üstələyir”.

Tarix
2018.12.11 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla