Yuxarı

Putinin Paşinyanı təbriki buna görə gecikir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Paşinyanı qələbə münasibətilə təbrik etməyə tələsmir. Çünki Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Köçəryanı həbs edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edir ki, Putin Paşinyanı dərhal təbrik etsəydi, onda Köçəryanın həbsinə göz yummuş olacaqdı:

“Putin isə yanlış anlaşılmasını istəmir. O, dostunu həbsdən çıxarmağa çalışacaq. Buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir. Paşinyan nə qədər xarici siyasətinə korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərblə çox yaxınlaşmayacaq, Kreml onu devirməyəcək. Nikolun hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir”.

Siyasi şərhçi bildirib ki, Robert Köçəryan tərəfdarları etiraz etməyə çalışsalar da, Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər:

“Köçəryanın reytinqi yüksək deyil ki, xalq onun təərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz azalacaq. Qriqol Vaşadzenin tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar və eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqilaba çağırdı. Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Paşinyan özünü bir neçə ay daxili təhlükədən sığortalaya bilər. Ancaq onun problemləri ilin ortasına yaxın artacaq”.

Tarix
2018.12.12 / 13:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla