Yuxarı

Əliyevlə Putinin imzaladığı bu sənədlər... - Karavayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin əsası qoyulub. Ölkələrimiz iqtisadi məsələlər üzrə daha sıx qarşılıqlı fəaliyyət şəbəkəsinə keçirlər. Prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən Soçidə imzalanan sənədlər münasibətlərimizi yeni səviyyəyə qaldırır.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində tanınmış politoloq, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev söyləyib.

Politoloq diqqətə çatdırıb ki, ilk növbədə, yol xəritələrindən söhbət gedir. O qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə iqtisadi-ticarət layihələrinin yeni mərhələyə keçməsi istiqamətində görüləcək tədbirləri bir daha diqqətə çatdırıb. Hər şeydən əvvəl, “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan iqtisadiyyatına Rusiya sərmayələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın SOCAR şirkəti isə Rusiyada metan zavodunun tikintisini planlaşdırır. Bu kontekstdə ticarətin həcmini genişləndirməkdən, həmçinin ticarət nümayəndəlikləri, xüsusi ticari təsisatlar arasında sıx qarşılıqlı fəaliyyət, kənd təsərrüfatı məhsullarının daşınması üçün xüsusi logistik mərkəzlərin yaradılması nəticəsində Azərbaycanın istehsal müəssisələri üçün Rusiya bazarlarında imkanların daha geniş spektrini əldə etməkdən danışmaq olar. Rusiya Azərbaycanın qeyri-xammal məhsullarının tədarükü üçün çox mühüm tərəfdaşdır”.

Ekspert vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması və mübahisəli məsələlərə dair razılıq əldə edilməsi nəticəsində neft-qaz sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı daha real görünür. A.Karavayev əlavə edib: “Məsələn, 2019-cu ildə “Rosneft” Azərbaycana maraq göstərsə, bu, məni heç təəccübləndirməz. Ölkələrimiz arasında rəqəmsal platformaların inkişafı sahəsində əməkdaşlığın yaxşı perspektivləri var. Düşünürəm ki, 2019-cu ildə rəqəmsal ticarət üzrə qarşılıqlı fəaliyyət güclənəcək”.

Politoloq hesab edir ki, Rusiya və Azərbaycan arasında fəal qarşılıqlı fəaliyyət nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında hərəkətlənmə meydana gələ bilər. “Azərbaycanın mövqeyi daha ucadan və aydın səslənə bilər. Paşinyanın hakimiyyətdaxili çəkişmələrə son qoyması, bütün səviyyələrdə öz kadrlarını yerləşdirməsi və Qarabağdakı “hakimiyyətlə” münasibətlərini qaydaya salmasından sonra hər hansı bir şans yarana bilər. Görünür ki, yeni hakimiyyətin orada da müəyyən problemləri var və onların arasında tez-tez anlaşılmazlıqlar baş verir. Bu siyasi silsilə başa çatdıqdan sonra nəyisə “təmiz səhifədən” başlamaq olar. Ola bilər ki, böyük məbləğdə maliyyə vəsaitlərinin axınını tələb edən islahatlara köklənmiş Ermənistanın yeni hökumətini nəqliyyat kommunikasiyalarının açılması üzrə Azərbaycanla razılıq əldə etməyin zəruriliyinə inandırmaq mümkün olsun”, -deyə Karavayev sözlərinə yekun vurub.

Tarix
2018.12.15 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla