Yuxarı

Rusiya Lukaşenkonun getməsini istəyir... – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın praktiki baxımdan Belarusu tərkibinə qatmaq kimi bir planı yoxdur.

Bunu Axar.az-a Belarus prezidentinin bu günlərdə ölkəsinə Rusiyadan təhdid görməsi və bunu mütəmadi olaraq gündəmə gətirməsi ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın Belarusda hakimiyyət dəyişikliyi arzuladığını və bu ölkəyə daha loyal rəhbər gətirməyi planlaşdırdığını bildirib:

“Lukaşenko Moskvanın bu ssenarisinin reallaşmasından və Belarusun Rusiyanın bir davamı kimi görünməsindən ehtiyat edir. Bütün hallarda belə cəhdlərin olduğunu bilən Minsk hazırda bunun qarşısını almağa çalışır. Əgər Belarusda siyasi hakimiyyət dəyişikliyi baş versə, Rusiya bu ölkəyə dərhal öz adamını rəhbər gətirəcək. Bu, Moskvaya daha çox Belarusla münasibətləri yeni müstəviyə keçirmək üçün lazımdır. Belə ki, tərəflər arasında müttəfiqlik sazişi və ittifaq ölkə prinsipi var. Moskva isə bu prinsipi artıq sözdən əmələ keçirmək istəyir və burada əsas maneə olaraq Lukaşenkonu görür. Əgər Rusiya Belarusda özünə daha yaxın olan lideri hakimiyyətə gətirə bilsə, onda bu saziş faktiki olaraq reallaşa və nəticədə Rusiyanın Belarusda daha dominant rol oynamasını təmin edə bilər. Ancaq hələlik bu proqnozların yaxın müddətdə reallaşması üçün əsas yoxdur”.

Politoloq Rusiyanın Belarus rəhbərliyinə gələcək namizədinin kimliyi barədə birmənalı fikir söyləməkdən imtina edib:

“Belarus siyasi elitasında Lukaşenkonu əvəz edəcək real namizəd yoxdur. Lukaşenko buna görə hətta çoxlu cəhdlər göstərib, ancaq alınmayıb. Məsələn, Moldovada rusiyapərəst prezident hakimiyyətdədir və onun hazırda parlamentlə münasibətləri kəskin pozulub. Buna görə də ölkədə daxili siyasi münaqişə baş verir. Uzun müddət Ermənistan da Rusiyanın forpostu sayılırdı, ancaq bu ölkədə siyasi müstəvidə münasibətlər dəyişdi. Yəni müxtəlif ölkələrlə siyasi müstəvidə müxtəlif münasibətlər qurulur və bir çox hallarda onların bir-biri ilə oxşar cəhətləri az olur. Belarusdan fərqli olaraq, digər ölkələrdə belə münasibətlər daha səmimi xarakter daşıyır”.

Ekspert yaxın müddətdə olmasa da, gələcəkdə Belarusda hakimiyyət dəyişikliyinin iki ssenari əsasında baş tutacağını deyib:

“Birincisi, Lukaşenko öz varisini hazırlayıb, onu hakimiyyətə gətirəcək. Bu ssenarinin reallaşması çətin görünür. İkincisi isə güc ssenarisidir, yəni Lukaşenkonu və ya onun siyasi varisini hakimiyyətdən getməyə məcbur edəcəklər. Bu halda Belarusda hakimiyyət kürsüsü uğrunda iki güc rəqabət aparacaq: Rusiya və Qərb. Hər iki tərəfin öz namizədini bu siyasi mövqeyində görmək üçün qızğın mübarizə aparacağına şübhə yoxdur”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət əvvəl çıxışında Rusiyanın Belarusu öz tərkibinə qatmaq istədiyini bəyan etmişdi.

Tarix
2018.12.17 / 16:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla