Yuxarı

Azərbaycan və Polşa əməkdaşlığı müzakirə edəcəklər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın kənd təsərrüfatı və inkişaf naziri Marek Savitski noyabrın 3-4-də Azərbaycana səfər edəcək. Səfər zamanı nazir Azərbaycan tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Bu barədə Trend-ə Polşanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən qeyd ediblər ki, Polşa nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı məhsulları sahəsinin istehsalçılarının nümayəndəlikləri, baytarlıq və fitosanitar müfəttişliklərinin rəhbərləri daxildirlər.

Bundan başqa, Savitski Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, ölkənin aqrar-sənaye sahəsinin nümayəndələri ilə görüşməyi planlaşdırır.

Habelə Azərbaycan və Polşanın baytarlıq müfəttişliklərinin nümayəndələrinin əməkdaşlığın gələcək istiqamətlərini müzakirə etmələri planlaşdırılıb.

Son vaxtlar Polşa Azərbaycanda reallaşdırılan və Aİ-nin maliyyələşdirdiyi iki tvininq layihəsində iştirak edib. Birinci layihə kənd təsərrüfatı heyvanlarının Aİ-nin başqa ölkələrinə ixracı üçün onların eyniləşdirilməsi və qeydiyyatı sahəsində, ikinci isə Azərbaycanda kənd təsərrüfatı torpaqları və başqa torpaqlarda eroziya ilə mübarizə sahəsində həyata keçirilmişdi.

Kənd təsərrüfatı və qida sənayesi Polşa iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Təkcə 2013-cü ildə Polşa 20 milyard avrodan artıq məbləğdə kənd təsərrüfatı məhsulları ixrac edib. Ötən il Polşada ixracın ümumi həcmi 150 milyard avronu ötüb.

Tarix
2014.11.02 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla