Yuxarı

Binəqədi rayonunda kadr təyinatı niyə dəyişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qalmaqallı birinci müavini Qəzənfər Novruzovun yerinə yeni təyinat rəsmiləşib.

Binəqədi Rayon İcra Hakimiyyətindən "Axar.az"a verilən məlumata görə, başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə başçının müavini İlqar Süleymanov birinci müavin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş təlimatçısı 25 yaşlı Aygün Əliyeva isə müavin təyin edilib.

Xatırladaq ki, Xaləddin İsgəndərovun bir müddət əvvəl vəzifədən azad etdiyi Qəzənfər Novruzovun yerinə birinci müavin səlahiyyətlərini rayon icra hakiminin digər müavini Vüsar İsmayılov yerinə yetirirdi. Birinci müavinin səlahiyyətlərini icra etdiyi üçün məhz onun təyinatının artıq rəsmiləşdiyi barədə məlumat yayısa da, dünən bu xəbər özünü doğrultmadı.

Qeyd edək ki, "Axar.az"ın V.İsmayılovun 1-ci müavin təyin olunması xəbərinə aydınlıq gətirməkdən Binəqədi Rayon İcra Hakimiyyəti imtina etmişdi.

Tarix
2013.12.05 / 11:52
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla