Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2017


Almaniyalı deputat “Azadlıq”ı ittiham etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 oktyabr 2013-ci il tarixində "Azadlıq" qəzetinin internet səhifəsində "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" məqaləsi yer alıb. Məqalədə Almaniyada yaşayan bir qrup azərbaycanlının (təxminən 20 nəfər) xanım Barnettin ATƏT-in müşahidə missiyasının rəhbəri kimi 9 oktyabr prezident seçkisinin yüksək səviyyədə keçirilməsi ilə bağlı verdiyi bəyanata etiraz olaraq, deputat xanımının yaşadığı Ludviqşafen şəhərində, onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qarşısında keçirdiyi aksiya barədə məlumat verilir.

Məqalədə həmçinin etirazçılarla görüşmüş xanım Barnettin dilindən seçkilər haqda söylədiyi fikirlərin təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırıldığı bildirilir.

"Axar.az"ın verdiyi məlumata görə, məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnettə müvafiq sorğu göndərilib və onun məsələyə münasibəti öyrənilib. Xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirib: "Faktların saxtlaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən dünən Maynts şəhərindən gəlmiş nümayişçilərin sözçüsünə bu haqda yazacağam".

Xanim Barnettin "Azadlıq" qəzetinin ünvanına səsləndirdiyi fikirlərlə bağlı qəzetin baş redaktor əvəzi Rahim Hacıyevlə əlaqə yaratdıq.

Baş redaktor əvəzinin cavabı belə oldu: "Mən "Axar.az" saytını tanımıram, ona görə də sualınıza cavab verə bilməyəcəm".

Tarix
2013.10.21 / 12:19
Müəllif
İlqar Vəliyev
Şərhlər
loading...
Digər xəbərlər

Kremllə İrəvan arasında gərginlik: Moskvanın cəza siyasəti...

ABŞ-ın yaratdığı Yeni Suriya Ordusunun hədəfi Rusiyadır

Ərəb şeyxləri Ermənistana sərmayə yatıracaq? – Şərh

DMX rəisindən vətəndaşlara çağırış

Atamla görüşmək istəmərəm... - Dilqəmin oğlu

Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - Siyahı

Türkiyədə Azərbaycan bayrağı necə endirildi? – Şok təfərrüat

Nazirliyin bu qərarı ciddi problemlər yaradacaq - Ekspert

Qarabağ danışıqlarında yeganə müsbət məqam – Şərh

Ərəb dünyasından Ərdoğana böyük qısqanclıq

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla