Yuxarı

Elman Rüstəmov öz postunda qalır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyi təsdiq edilib.

Musavat.com-un məlumatına görə, komitə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.

E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

X.Məmmədov isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o, Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

"Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər hansı ciddi dəyişiklik gözləmir" - bunu AMB İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Azərbaycanda kəskin devalvasiya gözlənilmir. Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır" - deyə o bildirib.

E.Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq.

Tarix
2015.04.01 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla