Yuxarı

Azərbaycanlı Rusiya kanalına direktor təyin olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il yanvar ayının sonundan etibarən Rusiya teleməkanında yeni TMB RU (Türk Müzik Birliyi Kanalı) kanalı yayıma başlayacaq.

"Axar.az" xəbər verir ki, telekanalın icraçı direktoru Kənan Musayevin verdiyi məlumata görə, TMB RU MDB məkanında çox populyar olan TMB kanalının rus verisyasıdır. TMB-nin Rusiya və MDB dövlətləri üzrə partnyoru Vadim və Valeri İlişayevlərin rəhbərlik etdiyi V&V şirkətidir. "Rusiya tamaşacısı şərq musiqisini və ələxsus da türk musiqisini çox isti qarşılayır. Və artıq TMB-nin rusdilli verisyasında onlar bu musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar", - K.Musayev deyib.

TMB.RU-nun yaradılmasının elə əsas məqsədi türk mədəniyyəti və musiqisinin daha dolğun təbliğatıdır. Yeni kanal TMB brendi ilə yayımlansa da, türk versiyasından bir çox fərqləri də var. İcraçı direktorun bildirdiyinə görə, TMB RU yalnız kliplər və klip rotasiyası ilə kifayətlənməyəcək. Türkdilli ölkələrin tanınmış simalarının təqdimatını da, musiqili və şou proqramların hazırlanmasını və yayımlanmasını da təmin edəcək. Öz ölkələrində populyar olan layihələrin və realiti şouların rus dilində yayımlanması da çox maraq doğurur. Artıq bir çox layihələrin hazırlanmasına start verilib.

TMB RU artıq Yaxın Şərq və Ərəb dünyasının şou və musiqili layihələr üzrə iki nəhəngi - MBC ve Livanın LBC telekanalları ilə də əməkdaşlıq barədə ilkin razılığa gəlib.

TMB RU öz yayımına ilk olaraq Moskva və Moskva vilayətinə kabel şəbəkə yayımı ilə başlayacaq. Bununla yanaşı, peyk ve internet yayımı da olacaq.

Kanalın mərkəzi ofisi Moskva şəhərində yerləşir, yayım əhatəsi olan ökələrdə ofislərin açılışı nəzərdə tutulub.

Xatırladaq ki, TMB (Türk Müzik Birliyi) – 17 türk dövlətinin musiqisini təmsil edən telekanaldır.

Tarix
2014.01.04 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla