Yuxarı

Hərbi Məktəbin sabiq rəisinin şikayəti təmin olunmayıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, M. Yusifovun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə baxılıb. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

Tarix
2014.01.16 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla