Yuxarı

Gəncədə məntəqələr internetlə təmin edilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə seçkilərin gedişatı ilə bağlı məlumatların operativ ötürülməsi üçün bütün məntəqələr rabitə və yüksəksürətli internetlə təmin olunub.

Secki-2015.az saytının xəbərinə görə, dünəndən etibarən Gəncə Telekommunikasiya İdarəsinin əməkdaşları tərəfindən məntəqələrdə fasiləsiz internet və rabitə xidmətinin heç bir problem olmadan təminatı üçün növbətçilik təşkil olunub. Bununla yanaşı yarana biləcək problemlərin dərhal aradan qaldırılması məqsədilə idarənin daxilində operativ qərargah yaradılıb. Məntəqələrdə quraşdırılan veb- kameralar tam hazır vəziyyətə gətirilib.

Hazırlıq işləri ilə bağlı açıqlama verən Gəncə Telekommunikasiya İdarəsinin baş mühəndisi Etibar Nəbiyev bildirib ki, telefon və internet rabitəsindən əlavə, Gəncədə 40 məntəqəyə veb-kamera quraşdırılıb: "Hazırda həmin kameraların hər birinə onlayn şəkildə nəzarət edə bilirik. Hər hansı problem yaranarsa, onu operativ şəkildə aradan qaldırmağa tam hazırıq".

Tarix
2015.11.01 / 08:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla