Yuxarı

Azay Quliyevə qarşı təxribat - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azay Quliyevə qarşı əvvəlcədən hazırlanmış təxribat qrupu seçki prosesinə müdaxilə edir.

Axar.az xəbər verir ki, bu fikirlər Azay Quliyevin Seçki Qərargahının yaydığı açıqlamada yer alıb.

Açıqlamada bildirilir ki, əvvəlcədən hazırlanmış təxribat qrupu seçki prosesinə müxtəlif formalarda müdaxilə edirlər: "Onlar komissiya üzvlərinin, müşahidəçilərin fəaliyyətinə mane olmağa, süni gərginlik törətməyə, səsverməyə gələn seçicilərdə çaşqınlıq yaratmağa, bununla da normal seçki prosesini pozmağa çalışırlar. Bu məqsədlə xüsusi hazırlanmış qrupa hətta saxta jurnalist vəsiqəsi, foto və video çəkiliş aparmaq üçün texniki avadanlıqlar paylanıb. Onlar məntəqələrin qarşısında və içərisində öncədən planlaşdırılmış ssenarilər əsasında öyrədilimiş şəxslərdən müsahibələr alır, foto və video çəkilişlər aparırlar. Eyni zamanda hazırladıqları dezinformasiyaları və saxta materialları sosial şəbəkələr vasitəsilə yaymaqla məşğuldurlar".

Qeyd edək ki, Azay Quliyevin Seçki Qərargahının mətbuat xidməti bununla bağlı artıq Mətbuat Şurasının "Qaynar-xətt"inə müraciət edib, mediaya aidiyyəti olmayan şəxslərin saxta jurnalist vəsiqələrindən istifadə edərək 8 saylı Binəqədi birinci Seçki Dairəsi ərazisində törətməyə çalışdıqları təxribatçı hərəkətlərin qarşısının alınması üçün lazımi tədbirlər görməyə çağırıb.

Tarix
2015.11.01 / 13:24
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla