Ana səhifə Gündəm |
Ötən gün Türkiyədə baş tutan parlament seçkisində səslərin sayılması tamamilə başa çatıb.
Axar.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, seçkidə 48 milyon 522 min 149 nəfər iştirak edib. Onlardan 47 milyon 837 min 577 seçicinin səsi qeydə alınıb.
Yekun nəticədə AKP 49,48 faiz səslə təkbaşına iqtidar olub və parlamentdə 317 yer qazanıb.
CHP 25,31 (134 millət vəkili), MHP 11,90 (40 millət vəkili), HDP 10,75 (59 millət vəkili), digər partiyalar isə 2,56 faiz səs toplayıb.
HDP ölkənin şərqindəki rayonlarda qalib gəldiyi üçün MHP-yə nisbətən parlamentdə daha çox yer qazanıb. MHP isə ölkənin heç bir rayonunda qalib gələ bilməyib. Partiya ən yaxşı halda ikinciliklə kifayətlənib.
HDP bununla da MHP-nin ən yaxşı 3-cü partiya ünvanını əlindən alıb.
MHP-nin səs itirməsinə əsas səbəb kimi sədr Dövlət Baxçalının 7 iyun seçkisindən sonra AKP ilə koalisiyaya yaşıl işıq yandırmaması və Azərbaycan əsilli siyasətçi Sinan Oğana qarşı münasibəti göstərilir.
Tarix
2015.11.02 / 17:58
|
Müəllif
İlham Sahiloğlu
|