Yuxarı

AKP-ni yenidən iqtidara daşıyan 5 taktiki gediş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk seçicisi həm iqtisadi, həm də siyasi istiqrarın ünvanı kimi yenidən AKP-ni gördü. Lakin bununla belə, HDP-ni yenidən parlamentə salmaqla, iqtidar partiyasının "başqanlıq sistemi"ni də arzulamadığını əyani şəkildə göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə keçirilən parlament seçkisində AKP-nin təkbaşına iqtidar olmasına münasibət bildirərkən analitik Vüqar Zifəroğlu deyib. O, AKP-nin noyabr seçkilərində qalib olmaq üçün əslində çox maraqlı və spesifik addımlar atdığını bildirib:

"1. AKP bu dəfə seçki siyahısında 7 iyunda olduğu kimi eksperimentlərə deyil, bundan əvvəlki seçkilərdə sınaqdan çıxmış şəxslərə yer verdi. 2.Bölgələrdə nüfuz və təsir gücünə malik namizədlər ön plana çıxarıldı. (məsələn, İqdırdan AKP-yə qalibiyyət qazandıran Nurəddin Aras kimi). 3. Kürd bölgələrindən olan siyahılara ciddi dəyişikliklər edildi. Məqsəd cənub-şərqi Anadoludakı səsləri qaytarmaq idi. 4. İqtidar partiyası bu dəfə açıq şəkildə sağ düşərgəyə nüfuz etdi. MHP, "Səadət", BBP-AKP-nin əsas hədəfləri idi və onlar bu partiyadan kifayət qədər ciddi adları (məsələn, Toğrul Türkeşin AKP-dən seçkiyə qatılması kimi) öz siyahılarına qatmaqla əslində "sağ"a ciddi həmlə etmiş oldular. 5. İqtidar partiyası bu dəfə başqanlıq sisteminə keçidlə bağlı təbliğatı arxa plana keçirdi.

Avqustda türk seçicisinin AKP-ni HDP ilə cəzalandırmasının əsasında məhz Ərdoğanın "başqanlıq sisteminə keçid" hədəfi də dururdu. Türkiyə bir toplum olaraq bu dəyişikliyi arzu etmirdi və bununla əlaqədar verilən mesaj, AKP tərəfindən doğru təhlil edildi. Məhz bu beş taktiki gediş AKP-ni yenidən təkbaşına iqtidara daşıyan daxili səbəblər oldu".

Analitik digər partiyalarla bağlı da fikirlərini bölüşüb:

"HDP-nin 10 faizi zorla keçməsinin başlıca səbəbi terror və bölücülüyə olan münasibəti oldu. Az müddət ərzində bir milyon səs itirməsinə rəğmən, parlamentə düşən 3-cü partiya olması, istənilən halda sözügedən partiyanın uğuru hesab edilməlidir. MHP avqust seçkisinin nəticəsi ilə müqayisədə iki dəfə az millət vəkili kreslosu ələ edə bildi. Görünən odur ki, partiya Dövlət Baxçalının idarəsində ciddi sıxıntı yaşamaqdadır. Partiya kifayət qədər ciddi adlardan - Sinan Oğan, Togrul Turkeş, Maral Akşənərdən imtina ilə öz qürubunu yaşayır. CHP isə nəticəni eyni saxlamaqla əslində yerində saydığını ortaya qoymuş oldu. Partiya sağ-mərkəz görünüşündən çıxaraq öz təbii sol-mərkəz təbiətinə qayıtmalıdır ki, itirdiyi səsləri geri qaytara bilsin: bu, ələvilərdir ki, bir hissəsi AKP-yə, digərləri isə HDP-yə yönəlib. Solçular isə HDP-yə istiqamətlənməkdədir. İstənilən halda, həm iqtidar, həm də müxalifətli Türkiyəni qarşıda ciddi sınaqlar gözləyir. Ortada ciddi terror problemi və getdikcə durumu daha da ağırlaşan Yaxın Şərq var".

Qeyd edək ki, Türkiyədə keçirilən 1 noyabr parlament seçkisində AKP 49,38 faiz səs toplayaraq təkbaşına iqtidar olub. CHP 25,41, MHP 11,98, HDP 10,47%, digərləri isə 2,77% səs toplayıb.

Tarix
2015.11.03 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla