Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


“Əsgər”in rejissoru od püskürdü: “MTN...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi mətbuat orqanlarında Azərbaycan Bayrağı ordenli İbad Hüseynova qarşı qaralama, linc etmə kampaniyasına qarşı çıxanlardan biri də "Əsgər"filiminin rejissoru Etibar Məmmədovdur.

Axar.az E.Məmmədovun Vətəninfo.az-a mövzu ilə bağlı müsahibəsini təqdim edir:

- Son günlər İbad Hüseynovun həyatı və döyüş yolundan bəhs edən "Əsgər" sənədli filmi haqqında müxtəlif məlumatlar yayılıb. İddiaya görə, keçmiş nazir Eldar Mahmudov bu filmin çəkilməsində maraqlı imiş...

- Tamamilə yalandır. MTN-nin "Əsgər" filminin sponsorluğuna qətiyyən aidiyyəti yoxdur. Bunu tam məsuliyyətlə, filmin rejissoru olan bir şəxs kimi deyirəm. Bu filmi vətənpərvər bir insan maliyyələşdirib, ancaq adının çəkilməməsini istəyib. İkincisi, bu filmin keçmiş nazir Eldar Mahmudovla da heç bir əlaqəsi yoxdur. Sadəcə, filmdə 1993-cü il hadisələrinin canlı şahidi olmuş bir nəfərin müsahibə verməsi üçün MTN-ə rəsmi müraciət etdik. İcazə məhdudiyyətli idi, ona görə ki, o zaman əməliyyatçı olmuş həmin şəxs film çəkilən zaman da məxfi statusunda idi. Üzünü bağlamaqla və mövzuya aid cəmi iki sual vermək şərti ilə müsahibəyə icazə verildi. Çəkiliş bu şərtlərlə aparıldı. Buna görə filmin sonunda yaradıcı heyət Milli Təhlükəsizlik Nazirliyinə təşəkkürünü bildirdi. Vəssalam. Sponsorluq və digər ortaya atılan məsələlər ağ yalandır.

- Belə çıxır ki, belə məlumatları yayanlar filmlə tanış deyillər?

- Bəli. Birincisi, son günlərin yalan və iftiralarını yayanlar bir dəfə də olsun "Əsgər" filminə baxmayıblar. Baxsaydılar, "MTN-nin sponsorluğu ilə" ifadəsini yazmazdılar. Filmə baxmadan, məsələnin mahiyyətindən tam xəbərsiz ola-ola belə yalan uydurmaq ondan xəbər verir ki, burada söhbət qara piardan gedir. Birinci yalan, avtomatik olaraq, ikincini doğurur. İkinci yalan ondan ibarətdir ki, guya filmdə Monte Melkonyanın məhv olunması əməliyyatının MTN tərəfindən planlaşdırıldığı, İbad Hüseynov tərəfindən həyata keçirildiyi deyilir. Bu da iftiradır. Filmə baxsanız, görərsiniz ki, orada təqdim olunan sənədlər Müdafiə Nazirliyinin arxivindəndir, respondentlər isə Müdafiə Nazirliyinin keçmiş hərbçiləridir.

- İbad Hüseynovun Monte Melkonyanı öldürməsini təsdiq edən başqa mənbələr varmı?

- Əlbəttə, var. Çox mötəbər elm adamları, xarici ölkələrin strateji mərkəzləri, hətta ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada gedən proseslərdən xəbəri olan insanlar öz əsərlərində yazırlar ki, Monte Melkonyanı İbad Hüseynov öldürüb. Onlar bunu etməyə də bilərdilər. Bu məlumatı dəfələrlə yoxlayıb sonra kitablarına, məruzələrinə daxil ediblər. Ancaq təəssüflər olsun ki, Azərbaycanda yoxlanmamış, sifariş xarakterli yalanlar yazılır. Bu, təəccüb və təəssüf doğurur. Belələri aranı qarışdırmaq istəyən sifarişçilərin əmrini icra edənlərdir: mənəviyyat, mərdlik, həqiqət kimi dəyərlərdən bixəbərdirlər. Bu yalanı yayanlardan birini çox yaxın keçmişdə hamı vətən xaini adlandırırdı. Həmin xain iddia edirdi ki, guya Xocalını ermənilər yox, azərbaycanlılar törədib. Həmin xain öz əməllərinə görə həbsə alınmışdı. İndi nə baş verdi ki, vaxtilə ermənilərin dəyirmanına su tökən xainin sözlərinə inandılar? Heç nə baş vermədi. Sadəcə, ucuz, cılız və ən əsası, yoxlanılmamış sensasiyanı dərc etmək istəyi bütün digər tələbləri üstələdi.

- İbad Hüseynov və Monte Melkonyan adları həmişə yan-yana çəkilir və həmişə belə qalmaqallar baş verir...

- Doğrudur. Ancaq mən sizə deyim ki, Melkonyan İbad Hüseynovun döyüş yolunun heç 1 faizi də deyil. Sadəcə, o zaman film çəkmək ideyası yarananda bu əhvalatın üzərində dayandıq, çünki Avo (Montenin ləqəbi) ASALA beynəlxalq erməni terror təşkilatının rəhbərlərindən biri idi. İbad Hüseynovun Azərbaycanın ərazi bütövlüyü uğrunda iştirak etdiyi daha genişmiqyaslı döyüşləri olub. Həmin döyüşlərdən biri ekranlaşdırılacaq. Mən istisna etmirəm ki, onda da bəzi ağzıgöyçəklər çıxıb nəsə danışmaq istəyəcəklər. Ancaq tam əminəm ki, indiki kimi onda da onların çığırtıları yalnız özlərinə qalacaq.

Tarix
2015.11.05 / 13:45
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bakı İrəvanın bu təklifini rədd etdi – Ekspert

Alverçi əxlaqlı ağxalatlılar... – Politoloqdan təklif

Putin son 26 ildə Rusiyanın ilk qələbəsini qazandı

Gələn il 4 regionda... - Nazir

Bu oyunu “Çelsi” udmadı, hakimlər uddu – Paşayeva

Azərbaycan dünya birliyinə kömək etməyə... - Nəzərova

“Adjara PS”: Əliyevin bu siyasəti... - Foto

"Bu, separatizmin nə qədər ciddi təhlükə olduğunu..."

Fransa mediasında Azərbaycan həqiqətləri... - Foto

Ramiz Mehdiyev Moskvada radikalizmdən danışdı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla