Yuxarı

Vahid Əhmədov: “Prezident açıq siyasət aparır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Gürcüstana səfəri və bu ölkənin bir çox hökumət rəsmiləri ilə görüşünün Azərbaycana yalnız müsbət təsirləri olacaq.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfərini şərh edərkən Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov deyib. Millət vəkili Azərbaycan və Gürcüstan prezidentləri arasında baş tutan görüşün böyük əhəmiyyət kəsb etdiyini deyib:

"Müəyyən məlumatlar var idi ki, Gürcüstan Rusiyadan qaz almaq istəyir. Hər iki ölkə arasında dövlət başçıları səviyyəsində keçirilən bu görüşdə bir çox məsələlər öz həllini tapdı. Bilirsiniz ki, Gürcüstan vasitəsilə Türkiyəyə qaz verilir, bundan başqa, TANAP, TAP layihələri Azərbaycan üçün həm iqtisadi, həm də müstəqilliyinin qorunub saxlanılması baxımından çox önəmlidir. İkincisi isə dövlət başçısı səfər zamanı Marneulidə yaşayan azərbaycanlılarla görüşərək insanların müəyyən problemləri ilə maraqlandı. Ümumiyyətlə, Prezident İlham Əliyevin Gürcüstana səfəri və bu ölkənin bir çox hökumət rəsmiləri ilə görüşünün Azərbaycana yalnız müsbət təsirləri olacaq".

Deputatın sözlərinə görə, iki ölkə arasında enerji layihələri hazırda gündəmdə olan ən mühüm məsələlərdəndir:

"Gürcüstan özü də bu layihələrin həyata keçirilməsində maraqlıdır. Çünki bu, Tiflis üçün əlavə dividentlər deməkdir. Açığı, Gürcüstan Azərbaycanın hesabına dolanır. Düzdür, dövlət başçıları arada müəyyən siyasi manevrlər edirlər. Görünür, Gürcüstan da belə siyasi manevr etməklə ola bilsin, müəyyən qədər tarifləri dəyişmək və bəzi məsələləri həll etmək istəyir. Ancaq İlham Əliyev açıq dövlət siyasəti aparır. Buna görə də açıq şəkildə bildirdi ki, Azərbaycan 100 il bundan sonra da qaz ixrac edəcək. Bu, Gürcüstan üçün vacibdir. Tiflis başa düşür ki, əgər Rusiya qazına möhtac olsa, istənilən vaxt onlarla başqa cür rəftar edilə bilər. Digər tərəfdən isə Qərb dövlətləri də Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çıxmasında maraqlıdırlar. Yəni bu məsələ təkcə Gürcüstanın əlində olan iş deyil".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedib. Səfər çərçivəsində iki ölkə arasında enerji və nəqliyyat məsələləri, ticarət dövriyyəsi, Cənub Qaz Dəhlizi layihəsinin icrası və bir sıra iqtisadi məsələlər müzakirə edilib.

Tarix
2015.11.07 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla