Yuxarı

Fərman: Gömrük və Vergi hansı güzəştləri edəcək – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin yeni fərmanına əsasən, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin qarşısına qoyulan öhdəlik məhz sözügedən qurumların bundan sonrakı fəaliyyətlərinin investisiyaların təşviqi proqramına uyğun olaraq qurulmasıdır.

Bu barədə Axar.az-a iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib. Onun sözlərinə görə, investisiyanın təşviqi ilə bağlı bu mexanizmin formalaşdırılması o deməkdir ki, vergi tutma və vergi məbləğinin müəyyənləşdirilməsi ilə bağlı bəzi qaydalar dəyişdiriləcək:

"Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi bundan sonra qanunları investisiyaların təşviqi sənədinə uyğunlaşdırmalıdırlar. Yəni böyük ehtimalla, hökumət tərəfindən investisiya sənədi olanlara güzəştlər tətbiq olunacaq. İnvestisiya təşviqi sənədinin verilməsində də əsas məqsəd məhz budur. Bu sənədlər Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə təqdim edildiyi halda bu qurumların hansı güzəştləri edəcəyi və bunun hansı formada rəsmiləşdiriləcəyi məsələləri nəzərdə tutulur. Bundan sonra güzəştlər daha da dəqiqləşəcək və Nazirlər Kabineti bununla bağlı öz təkliflərini hazırlayacaq, sonda hər iki quruma göstərişlər veriləcək".

İqtisadçı bildirib ki, Prezidentin sözügedən fərmanındakı 4-cü bəndə əsasən, sənədləşdirmə prosesi həm Dövlət Gömrük Komitəsində, həm də Vergilər Nazirliyində yeni fərmana uyğunlaşdırılmalıdır:

"Çünki yeni fərman investisiya təşviqi sənədini investora (fiziki və hüquqi şəxsə) ona görə verir ki, bu sənədi aidiyyəti qurumlara təqdim etdiyi halda güzəştlər əldə edə bilsin. Burada vergi dərəcələrinin az olması, bir sıra istiqamətlərdə vergilərin olmaması, gömrükdə istehsal və əsas kapital məqsədli müəyyən məhsulların idxalı zamanı onların rüsumdan azad edilməsi və yaxud bu istiqamətdə fəaliyyət göstərənlərin sonrakı dövrlərdə istehsal etdiyi məhsulların ixracı zamanı güzəşt və geriödəmələrin tətbiq edilməsi yer alır.

Diqqət etsəniz, yanvarın 18-də iki fərman imzalanıb. Biri investisiyaların təşviqi, digəri ixracın stimullaşdırılması. Yəni bunlar paralel şəkildə aparılır. Əsas məqsəd Azərbaycan iqtisadiyyatına yeni investisiya mənbələrinin tapılmasıdır. Yeni fərmanın 4-cü bəndinə əsasən, ikinci əsas məqsəd Azərbaycan vətəndaşını məhz öz ölkəsinə investisiya qoymağa təşviq etməkdir. Bununla bağlı müəyyən sadələşdirmələr aparılacaq. İnvestisiya təşviqi sənədini alan şəxs müəyyən üstünlüklərə malik olacaq və güzəştlər əldə edəcək. Bir sözlə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin qarşısına qoyulan öhdəlik məhz sözügedən qurumların bundan sonrakı fəaliyyətlərinin investisiyaların təşviqi proqramına uyğun olaraq qurulmasıdır".

Qeyd edək ki, dünən Prezident İlham Əliyev investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Milli Məclisin bu gün keçirilən iclasında da ölkəyə gətirilən müəyyən avadanlıqların vergidən azad edilməsi ilə bağlı qərar veriləcəyi bildirilir.

Tarix
2016.01.19 / 12:19
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla