Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


Bir neçə dövlət yaranacaq və BMT də tanıyacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində bu gün İran üzərindən götürülən sanksiyalar ABŞ-ın bölgəyə mesajıdır.

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, İran üzərindən sanksiyaların götürülməsi onun regionda oyunçu olması imkanlarını artırır:

"Hazırkı situasiya Yaxın Şərqdə gedən proseslərin nə qədər dərin, nə qədər çətin olduğunun göstəricisidir. İran üzərindən sanksiyaların götürülməsi Tehranın daima bu cür yaşayacağı anlamına gəlməməlidir. Bu, sadəcə olaraq, Tehrana ABŞ tərəfindən verilmiş şansdır. Əgər İran bunu dəyərləndirə bilsə, o zaman regionda yeni oyunçu formasında çıxış edə biləcək. Amma İran Suriya, nüvə məsələləri və digər istiqamətlərdə siyasətini dəyişməzsə, o zaman sanksiyalar yenidən tətbiq oluna bilər. Bunu ABŞ prezidenti də son brifinqdə açıq şəkildə qeyd etdi.

Bu gün İran üçün həssas tarixi dönəm başlayıb. ABŞ-ın İran üzərindən sanksiyaları niyə məhz indiki dövrdə qaldırmasına gəlincə isə cavab çox sadədir. Qərb üçün Rusiyanı artıq bu və ya digər formada ram etmək çox çətindir. İranın dünya bazarına çıxması Rusiya üçün çox ağır oldu. Bu, bir növ həm də İranı Rusiyadan uzaqlaşdırmaq üçün nəzərdə tutulub. Tehran anlayır ki, bu gün qlobal oyunçu ABŞ-dır və buna görə də onlarla razılaşmaq mütləqdir. Düşünürəm ki, İran ona verilən şansı dəyərləndirməyə çalışacaq. Məncə, İran Şərq üçün bir növ qapı da ola bilər. Onun Pakistan, Çin, Hindistan məsələsində də ABŞ-ın yanında yer alacağı gözlənilir".

Politoloq Yaxın Şərqdə Türkiyənin əsas söz sahibi olduğunu da bildirib:

"Bu gün Yaxın Şərq regionunda söz sahibi mütləq olaraq Türkiyədir. Türkiyə üzərində isə bir növ Amerikanın hakimliyi mövcuddur. Bunu gizlətmək olmur və heç gizli proses də deyil. Amerika ilə Türkiyə 60 ilə yaxındır ki, müttəfiqdirlər. Türkiyənin əksər strateji postlarında ABŞ-a yaxın olan çox önəmli şəxslər əyləşiblər. Türkiyənin Yaxın Şərqdə söz sahibi olması ABŞ-ın da lider olması deməkdir. Bu da avropalılar tərəfindən qısqanclıqla qarşılanır, Avropanın xoşuna gəlmir və onlar da bölgədə aktiv oyunçu olmaq istəyirlər. Türkiyənin Avropa Birliyi ilə yaxınlaşması üçün Brüssel tələsir. Bu o deməkdir ki, Avropa bölgədə ABŞ-ın oynadığı rolun bir qismini öz əlinə almaq istəyir".

F.Məmmədov ABŞ-ın İranın bölgədə hökmran olmasına inkan verməyəcəyini də bildirib:

"ABŞ heç vaxt İranın bölgədə hökmran olmasına imkan verməz. İran üzərindən sanksiyaların götürülməsi sadəcə digər ölkələr üçün siyasi təsir vasitəsidir. Lakin istər Qara dəniz, istər Aralıq dənizi ətrafında, istərsə də Yaxın Şərqdə bu gün üç oyunçu mövcuddur: İsrail, Amerika və Türkiyə. Türkiyə kartı çox önəmlidir. Çünki bu ölkə həm türk dünyasının, həm də islam dünyasının lokomotivi sayılır. Xüsusən də ərəb dünyasının Türkiyəyə böyük rəğbəti var. Ankaranın bu proseslərdə aktiv iştirak etməsinin əsas səbəbi ABŞ-ın ona olan dərin dəstəyidir. Yalnız bu üç güc regionda bütün proseslərə nəzarət edib, bir yerdə hərəkət edəcəklər. Regionda dördüncü bir gücün yaranacağı inandırıcı deyil".

Ekspert bölgədə yeni dövlətlərin yaranacağını da iddia edib:

"İranın ərəb dünyası və Yaxın Şərqdə nüfuzu demək olar ki, sıfra bərabərdir. Səudiyyə Ərəbistanı isə ərəb dünyasında ABŞ-ın əsas müttəfiqlərindən biridir. Bu baxımdan Qərb üçün Ər-Riyadın yeri tam fərqlidir. Səudiyyə Ərəbistanının İranla apardığı iqtisadi, siyasi, hətta hərbi savaşda Tehrana məğlub olmasına imkan verilməyəcək.

Bu, əslində, böyük bir prosesdir. Bu prosesin sonunda yeni dövlətlərin yaranma ehtimalı çoxdur. Suriya və İraqın parçalanma prosesi gedə bilər. Ona görə də Yaxın Şərqdə savaş davam edəcək, amma bu savaşda kimin qalib olacağı bilinmir. Yuxarıda adını çəkdiyim üç əsas gücdən əlavə regionda həmçinin Səudiyyə Ərəbistanı, İran, Rusiya, Çin də var. Bu prosesin sonunda bir neçə dövlət yaranacaq və BMT bunları tanıyacaq. Regionda stabillişmə gələn ildən başlayaraq yaranacaq. Bölgədə yeni konfliktlər, yeni müttəfiqlər və yeni düşmənlər meydana gələcək. Bu proses dünyanın yaxın gələcəkdəki siyasətinə təsir edəcək".

Tarix
2016.01.23 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Xoşbəxt Yusifzadənin nazirimizlə bağlı – Xatirəsi

Lavrov-Sərkisyan görüşü: Kreml İrəvandan 3 rayonu istəyir

Bakı İrəvanın bu təklifini rədd etdi – Ekspert

Alverçi əxlaqlı ağxalatlılar... – Politoloqdan təklif

Putin son 26 ildə Rusiyanın ilk qələbəsini qazandı

Gələn il 4 regionda... - Nazir

Bu oyunu “Çelsi” udmadı, hakimlər uddu – Paşayeva

Azərbaycan dünya birliyinə kömək etməyə... - Nəzərova

“Adjara PS”: Əliyevin bu siyasəti... - Foto

"Bu, separatizmin nə qədər ciddi təhlükə olduğunu..."

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla